» » » Bakıda QANDONDURAN CİNAYƏT: Müəllimə armaturla öldürüldü sonra...

Bakıda QANDONDURAN CİNAYƏT: Müəllimə armaturla öldürüldü sonra...

Bakıda QANDONDURAN CİNAYƏT: Müəllimə armaturla öldürüldü sonra...

İki gün əvvəl Bakının Xətai rayonunda ali məktəb müəllimi amansızlıqla öldürülüb. Criminal.az-ın məlumatına görə, gecə saatlarında Yusif Səfərov küçəsində yaşayan 37 yaşlı Dilarə Hüseynova özündən 5 yaş böyük əri Namiq Əkbərzadə tərəfindən amansızlıqla qətlə yetirilib.

Criminal.az-a daxil olan məlumata görə, Bakı Biznes və Koorperasiya Kollecində tarix müəlimi işləyən D.Hüseynovanı əri gecə saatlarında armaturla ölümcül döyüb. Sonra isə təcili yardıma zəng edərək evdən qaçıb. Dəhşətli cinayət ailənin iki azyaşlı övladlarının gözləri qarşısında baş verib. Çağırılan ünvana gələn təcili yardım əməkdaşları D.Hüseynovanı qan içərisində 3 saylı şəhər xəstəxanasına çatdırıb. Aldığı zərbələrdən beyninə qan sızan D.Hüseynova dünən səhər dünyasını dəyişib.

Hadisənin ən dəhşətli məqamlarından biri isə cinayət törədilən mənzilə polis əməkdaşları gələndə yaşanıb. Xəstəxanadan məlumat alan polis əməkdaşları D.Hüseynovanın yaşadığı mənzilə gələrkən evdə ağlaşan iki uşaqdan başqa heç kim olmayıb. Evdə olan polislərdən birinin gözü divardakı Dilarə ilə qardaşının fotosuna sataşıb. Qadının qardaşı ilə təsadüfən tanış olan polis əməkdaşı ona zəng edib. Bundan sonra D.Hüseynovanın əri tərəfindən döyülməsi məlum olub.

İddiaya görə, N.Əkbərzadə narkotik maddə istifadəçisi olub. Onun arvadına qarşı zalımlıqla etdiyi əməlin isə hansı səbəbdən baş verdiyi bilinmir.

Mərhumun işlədiyi kollecdən Criminal.az-a bildirildi ki, D.Hüseynova savadlı müəllimələrdən biri olub. Onun başına gətirilən cinayətdən isə media vasitəsilə xəbər tutublar.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.