» » » ŞOK!Ata və ana oğlunu 20 il zirzəmidə zəncirli şəraitdə saxlayıb - VİDEO

ŞOK!Ata və ana oğlunu 20 il zirzəmidə zəncirli şəraitdə saxlayıb - VİDEO

ŞOK!Ata və ana oğlunu 20 il zirzəmidə zəncirli şəraitdə saxlayıb - VİDEO

Braziliya polisi narkotik alverçilərini yaxalamaq məqsədilə apardığı bir evdə axtarış zamanı çox ilginc hadisə ilə üzləşib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, atasının evin zirzəmisində 20 il ərzində bir gənci saxladığı faktı ilə qarşı-qarşıya qalan polislər dəhşətə gəlib.

36 yaşlı Armando de Andrdenin atası və ögey anası tərəfindən 20 ildir evin zirzəmisində zəncirləyərək saxladıqları ortaya çıxıb. Əsir kimi saxlanılan Armandonu görən polis verdiyi açıqlamada bildirib:

"Biz içəri girəndə yuxudan ayıldı və bir kəlmə belə danışmadı. Onu çölə çıxardıq. Qorxmuş halda idi. Narkotik vasitdədən istifadə etdiyini düşündük. Bizim polis məmuru olduğumuzu başa düşməmişdi. Onu dərhal xəstəxanaya qaldırdıq. 20 ildir orada olduğuna inanmaq çox çətindir. Çox şəraitsiz və qaranlıq bir yerdə bu qədər yaşamaq...Xilas olmaya bilərdi".

Qonşuları polisə ifadəsində bildirib ki, Armando 16 yaşında olarkən içki içdiyini öyrənib. Bəlkə də ailəsi bu yola ona görə baş vurub, deyə onlar bildirib. Onu axtaran dost-tanışlara isə oğullarının başqa şəhərdə özünə yeni həyat -tərzi qurduğunu söyləyiblər.

Fidan