» » » Lənkəranskini öldürmək istəyən şamaxılı milyonçunun - FOTOSU YAYILDI

Lənkəranskini öldürmək istəyən şamaxılı milyonçunun - FOTOSU YAYILDI

Lənkəranskini öldürmək istəyən şamaxılı milyonçunun - FOTOSU YAYILDI

Söhbət əslən Azərbaycandan olan və hazırda Kiyevdə yaşayan Oleq Krapivindən gedir. Bu planla bağlı yayılan səs yazılarında da Lənkəranskinin yaxın adımı olan İlqar adlı şəxs "Lotu Quli"nin yaxın adamı, "Oleq Bakinski" kimi tanınan Oleq Krapivini Kiyevdə öldürəcəyi barədə danışır: "Sən bu işi burada həll elə, mən də onu Kiyevdə o tərəfə yola salım", deyir.

Bəs görəsən Oleq Krapivin kimdir?

Lent.az-ın məlumatına görə, Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. Sərbəst güləş üzrə 14 qat Azərbaycan çempionudur. Yığma komandalar səviyyəsində müxtəlif beynəlxalq turnirlərin qalibi olub. 2007-ci il Oleqin həyatında ən əlamətdar il olur. O, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanır. 1989-cu ildən Kiyev şəhərində yaşayır. Ailəlidir, 4 övladı da var.

Krapivin həm də Ukraynada tanınmış iş adamdır. Ukraynada, xüsusən Kiyevdə çoxsaylı ticarət mərkəzlərinin sahibidir. "Forbes"in məlumatına görə, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdədir.

Krapivin Kiyevdə həm də "Oleq Bakinski" kimi tanınır. O, Azərbaycan diasporunun liderlərindən sayılır. Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədridir.
30 ilə yaxındır, Azərbaycanı tərk etsə də, tez-tez vətəninə baş çəkir. O, Kiyevdə "Bakines" adlı güləş klubu yaradıb. Azərbaycan dilində bazar məktəblərinin sponsordur. Bir qədər əvvəl Şamaxıda Krapivinin şərəfinə güləş turniri keçirilib.

Krapivin hətta Şamaxıda güləş məktəbi açıb ona sponsorluq etmək istəyir. Hətta bu məktəbin yeri belə alınıb, bəzi tikinti işlərinə belə start verilib.

Müsahibələrinin birində Krapivin deyir: "Vətənim üçün nə etsəm, azdır. Rus olsam da, özümü həmişə azərbaycanlı hesab etmişəm. Bu torpağa, insanlara bağlılığım olub. Hətta toyum belə, Azərbaycan adət-ənənələrinə uyğun keçib. Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, "Razin"dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı".

Daha sonra ailəsi ilə bağlı danışan Oleq deyir: "Həyat yoldaşımla Sabunçuda tanış olmuşdum. Atası onu mənə vermək istəmirdi. Çünki həyat yoldaşım ləzgi idi, atası da rus millətinə qız verməyi düşünmürdü. Mən də dedim ki, verməsəniz, götürüb qaçacam. Amma bir-birimizi sevirdik. Şükürlər olsun ki, bu sevgidən gözəl və xoşbəxt ailəm var. Etiraf edim ki, uşaqlarımın necə böyüdüyünün fərqinə varmadım. Çünki mənim iş qrafikim sıx idi. Səhər işə gedirdim, gecə evə gəlirdim. Onlarla lazımi şəkildə vaxt keçirə bilmirdim. Sadəcə, həyatda düzgün seçim etməyim övladlarımın tərbiyəsində də özünü göstərib. Həyat yoldaşım onların cəmiyyətə xeyirli övlad kimi yetişməsində böyük rol oynayıb".

O, bəzən "avtoritet", "kriminal lider" adlandırılmasına isə belə cavab verib: "Mən öz avtoritetimdən Ukraynada yaşayan azərbaycanlıların müdafiəsi naminə istifadə etmişəm və edəcəm də. Bu, mənim bir azərbaycanlı, şamaxılı kimi borcumdur"

Lənkəranskini öldürmək istəyən şamaxılı milyonçunun - FOTOSU YAYILDI
Lənkəranskini öldürmək istəyən şamaxılı milyonçunun - FOTOSU YAYILDI
Lənkəranskini öldürmək istəyən şamaxılı milyonçunun - FOTOSU YAYILDI
Lənkəranskini öldürmək istəyən şamaxılı milyonçunun - FOTOSU YAYILDI