» » » Lənkəranskinin ölüm hökmünü "O" verib

Lənkəranskinin ölüm hökmünü "O" verib

Lənkəranskinin ölüm hökmünü "O" verib

Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada "göy kralı" hesab edilən Canpolad Şamiloğlunu qətlə yetirməsinə görə öldürüblər.

Ucarliyiq.biz axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı "Rosbalt" agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik Canıyevin ölümü ilə bağlı istintaqı rusiyalı detektivlərin də apardığını bildirib:

"Onlar praktik olaraq cinayətin nəyə görə törədildiyini müəyyən edə biliblər. Araşdırma zamanı müəyyən olub ki, Canpolad Şamiloğlunu öldürmək üçün o zaman iki killer təyin olunub. Bu şəxslər Canıyevin qruplaşmasından olublar. Üstəlik, Canpoladın ölüm fərmanını şəxsən Rövşən Lənkəranski verib. Bundan sonra Canpoladın tərəfdarları və qohumları Lənkəranskidən qisas alacaqlarını bildiriblər və onun haqqında ölüm hökmü çıxarıblar. Lakin bu qərarı Şamiloğlunun adamlarının arxasındakı iki sanballı şəxs – qanuni oğrular Vaqif Süleymanov (Vaqif) və Rəşad İsmayılov (Rəşad Gəncinski) olmadan həyata keçirmələri çətin ki mümkün olardı. Öz növbəsində onlara son zamanlar daha böyük dəstək Nadir Sələfov (Lotu Quli) tərəfindən verilib. Onların hamısı Canıyevin ölümündə maraqlı idilər və burada səbəb təkcə Canpoladın qisasını almaq deyildi. Bir nömrəli səbəb bazarlara nəzarətin ələ keçirilməsi idi".

Qeyd edək ki, Rövşən Lənkəranski bu il avqustun 18-də İstanbulda qətlə yetirilib. Onun ölüm əmrinin kim tərəfindən verildiyi indiyə qədər istintaqa məlum deyil. Bəzi mətbuat orqanları isə Lənkəranskinin ölümündə bir müddət öncə həbs edilmiş rus mafiyasının lideri Zaxariya Kalaşovun maraqlı ola biləcəyini yazıb.

Azərbaycanlı biznesmen Canpolad Şamiloğlu martın 16-da Moskvada qətlə yetirilib. Killer onun bədəninə 3, başına isə bir güllə vuraraq qətlə yetirib.