» » » Azərbaycan mafiyası savaşa hazırlaşır: Moskvada narahatlıq

Azərbaycan mafiyası savaşa hazırlaşır: Moskvada narahatlıq

Azərbaycan mafiyası savaşa hazırlaşır: Moskvada narahatlıq

Rusiya hüquq mühafizə orqanları Moskva regionunda yerləşən Azərbaycandan olan cinayətkar dəstələr arasında görünməmiş aktivlikdən narahatdır.

Ucarliyiq.biz axar.az -a istinadən bildirir ki, bu barədə informasiyanı "Rosbalt" agentliyi özünün hüquq mühafizə orqanlarındakı etibarlı mənbələrinə istinadən yayıb. Agentlik aktivliyin qanuni oğrular Nadir Səlifov (Lotu Quli) və Vaqif Süleymanov (Vaqif) sayəsində yarandığını bildirib.

Üstəlik, bu yay Azərbaycandan olan kriminal avtoritetlər arasında mafioz konqlomerat (birlik – red.) yaranıb. Bu birliyin tərkibinə Lotu Quli, Vaqif Süleymanov və Rəşad Gəncinski daxil olub. Hazırda birlikdə Səlifov ən güclü döyüşçülər "ordusu"na sahibdir. Vaqif və Rəşad isə ticarət mərkəzləri və bazarlara sahib olan Azərbaycandan olan biznesmenlər arasında geniş əlaqələrə malikdirlər. Yeni klan fəaliyyətini genişləndirərək, təzə firmalar və biznesmenləri öz tabeliyinə alır. Birlik artıq Moskvaətrafının əksər rayonlarındakı kriminal aləmdə liderliyə iddia etməyə başlayıb. Bu prosesdə isə çoxsaylı azərbaycanlıların döyülməsi və ələ keçirilməsi müşahidə edilir.

Birliyin aktivliyi artıq digər qruplaşmalarda ciddi narazılıq yaradıb. Məhz bütün bunları nəzərə alaraq hüquq-mühafizə orqanları yaxın zamanda mafiyalar arasında rəqabətin daha da kəskinləşəcəyini bildiriblər.

Qeyd edək ki, Rusiya mətbuatı hər üç qanuni oğrunu Rövşən Lənkəranskinin ölümündə təqsirkar bilir. Onların bu addımı Lənkəranskinin cari ilin yazında öldürdüyü biznesmen Canpolad Şamiloğlunun intiqamını almaq üçün atdıqları iddia edilir.