» » » Sevgilisini və uşağını amansızlıqla öldürən azərbaycanlı tutuldu

Sevgilisini və uşağını amansızlıqla öldürən azərbaycanlı tutuldu

Sevgilisini və uşağını amansızlıqla öldürən azərbaycanlı tutuldu

Rusiya polisi qadının və onun 4 yaşlı qızının qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Qardaşov Rauf Cəmaləddin oğlunu Orenburq vilayətinin Orsk şəhərində saxlayıb.

Ucarliyiq.biz-ın apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, Rauf Qardaşov yaşayış binasının qarşısında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Polislər bıçaqla hücum etməyə cəhd edən R.Qardaşova xidməti silahdan atəş açaraq yaralayıblar. Ona artıq tibbi yardımın göstərildiyi bildirilir.

Qeyd edək ki, noyabrın 2-də Rusiyanın Orsk şəhərində Azərbaycan vətəndaşı birlikdə yaşadığı qadının və onun uşağının boğazını kəsərək qətlə yetirib.

1981-ci il təvəllüdlü ana və 4 yaşlı qızın meyitini ilk olaraq, qadının anası aşkarlayıb və polisə bildirib. Hadisəni törətməkdə şübhəli bilinən Qardaşov Rauf Cəmaləddin oğlu axtarışa verilmişdi.