» » » "Sevgilimdən ayrıldım, bibimoğlu mənə təcavüz etdi" - Bakıda bir qızın başına gələnlər

"Sevgilimdən ayrıldım, bibimoğlu mənə təcavüz etdi" - Bakıda bir qızın başına gələnlər

"Sevgilimdən ayrıldım, bibimoğlu mənə təcavüz etdi" - Bakıda bir qızın başına gələnlər

Bir qadın sosial şəbəkədə başına gələn təcavüz olayını danışıb. Bibisi oğlu tərəfindən təcavüzə uğrayan qadının yaşadığı dəhşətli anları təqdim edirik:

"Tələbə idim. Bakıda yataqxanada qalırdım. Bibim də Bakıda yaşayırdı, 2 oğlu var. Onlarda qaımırdım, arada gedib gəlirdim. Hiss etmişdim ki, bibimin böyük oğlunun məndən xoşu gəlir. Həmin vaxt indiki həyat yoldaşımla sevgili idim, bərk dalaşmışdıq. Ad günüm idi. Bibim zəng etdi ki, gəl ad gününü bizdə qeyd edək. Mən də gözlədim ki, bəlkə sevgilim zəng edər, təbrik edər barışarıq. Amma zəng etmədi, mən də əynimi geyinib kefsiz halda bibimgilə getdim. Tort bişirdilər, kabab çəkdilər, qeyd etdik. Axşam orada qaldım. Yol uzaq idi deyə səhər dərsə gedə bilmədim. Bibimin əri və oğlanları hamısı işləyirdilər.

Səhər hamısı çıxıb getdilər işə, mən də yatdım. Bir də gördüm ki, bədənimdə əl gəzir. Sən demə, bibim oğlu işə getməyib və geri qayıdıb. Yuxudan dik atıldım. Dedim sən nə edirsən? İlahi, o anı xatırlamaq istəmirəm. Üstümə çıxdı, iyrənc hərəkətlər etməyə başladı. Üstümdən atdım kənara, qaçdım hamama tərəf, qapını bağlaya bilmədim. Qapını açdı, məni çıxartdı. Bu dəfə də təpiklə vurub qonaq otağına qaçdım. Yıxıldım yerə, ayağımdan tutub məni yataq otağına sürüdü. Çeviklik göstərməsəydim məni zorlayacaqdı.

Bir əliylə əllərimi tutub bir əliylə də şalvarımın "zamok"unu açdı. Əynimdə paltar qalmamışdı, hamısını çıxartmışdı. Artıq gücüm yox idi, daha doğrusu, gücüm çatmırdı. Həmin vaxt yaxşı ki dırnaqlarım var idi. Dırnaqlarımı onun üzünə tutdum, dedim əgər mənə toxunsan, üzünü cırıq-cırıq edəcəyəm. Qorxdu, çəkildi üstümdən. Təzədən mənə adyal verdi ki, üstünü ört. Ağlaya-ağlaya əynimi geyinib oradan qaçdım.

Sevgilimə zəng edib dedim ki, sən məndən ayrıldın, başıma belə işlər gəldi. O da qaça-qaça gəldi, məni qucaqladı, dedi bağışla. Hər dəfə yadıma düşəndə deyirəm günahkar sən idin. Bibimə də dedim oğlun mənə belə əxlaqsız hərəkət edib. Əvvəlcə inanmadı, sonra isə yalvardı ki, sən Allah bağışla və unut söhbəti. Mən də unutdum, 6 ildir nə bibimi, nə də oğlanlarını görmürəm"./big.az/