» » » Gülərin 2 yaşlı körpəsi ortalıqda qaldı - Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATI

Gülərin 2 yaşlı körpəsi ortalıqda qaldı - Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATI

Gülərin 2 yaşlı körpəsi ortalıqda qaldı - Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATI

Dünən Bakının Sabunçu rayonu ərazisində 26 yaşlı qadının həyat yoldaşını bıçaqlayaraq öldürməsi faktı ilə bağlı cinayət işi açılıb.

Məlumata görə, 1990-cı il təvəllüdlü Gülər Mirzəyevanın həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bir bıçaq xəsarəti ilə qətlə yetirməsi faktına görə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. G.Mirzəyeva tutulub.

Bildirilir ki, gənc cütlük bir neçə il əvvəl ailə həyati qurub. Ali təhsilli olan Gülər 2 il əvvəl ana olub. Lakin yeni doğulan övlad da ailəyə xoşbəxtlik gətirməyib. Gülərlə Şəmsi tez-tez adi məişət məsələləri üstündə dalaşırlarmış. Ümumiyyətlə, qohumları onların xasiyyətlərinin bir-birinə uyğunlaşmadığını, bir-birlərindən narazı olduqlarını bildiriblər. Dünən səhər saatlarında növbəti dəfə ərlə arvad mübahisə edib və əsəblərinə hakim ola bilməyən G.Mirzəyeva mətbəxdən götürdüyü bıçaqla ərinə bir zərbə endirib.

Araşdırmalar davam etdirilir.(lent.az)