» » » Sumqayıtda DƏHŞƏTSAÇAN HADİSƏ - Gənc oğlan sosial şəbəkədə tanış olduğu qızı zorladı

Sumqayıtda DƏHŞƏTSAÇAN HADİSƏ - Gənc oğlan sosial şəbəkədə tanış olduğu qızı zorladı

Sumqayıtda DƏHŞƏTSAÇAN HADİSƏ - Gənc oğlan sosial şəbəkədə tanış olduğu qızı zorladı

Zorlamada təqsirli bilinən Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Tural İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ucarliyiq.biz teleqraf.com-a istinadən xəbər verir ki, Tural İslamov 3 dekabr 2013-cü il tarixdə, təxminən saat 12.00-da bir neçə gün əvvəl "Wap.Alo.Az" internet sosial şəbəkəsində tanış olduğu 1996-cı il təvəllüdlü Səidə Babayevanın (ad və soyad şərti verilib) yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən evinin yaxınlığına gəlib.

Tural İslamov orada qızla telefon vasitəsi ilə danışıb və onun evdə tək olduğunu dəqiq öyrənib. Tural İslamov bundan istifadə edərək Səidəni zorlamaq qərarına gəlib.

O, bu məqsədlə Sədinin yaşadığı evin qarşısına gəlib. Səidə İslamın evlərinin düz qarşısında olduğunu bilib. Həmin vaxt Səidə qapını açmaqdan imtina edib.

Bu zaman Tural İslamov Səidəyə mesaj göndərib. O, SMS-lərdə Səidəyə hədə-qorxu gəlib.

Tural Səidəyə yazıb ki, qapını açmayacağı təqdirdə onu qonşuların və valideynlərinin yanında rüsvay edəcək. O, ətrafdakıların yanında onun haqda mənfi rəy yaradacağı ilə qorxudub.

Daha sonra Tural İslamov qapını yumruqla döyüb və qışqırmaqla Səidədən qapını açmasını tələb edib. Təxminən saat 15.00-da Səidə səs-küyə görə qapını açıb. Qapı açılandan sonra Tural mənzilə daxil olub. Mənzilə girən Səidə Babayevanı şillə ilə vurub və onun ünvanına nalayiq söyüşlər söyüb.

Sonra Tural qıza qarşı fiziki zor tətbiq edib və itələyə-itələyə mənzilin yataq otağına aparıb. O, Səidəni çarpayı üzərinə yıxıb və zorla paltarını əynindən soyundurub.

Həmin vaxt Səidə Tural İslamova müqavimət göstərib. Bundan əsəbləşən Tural onun bədəninin müxtəlif nahiyələrinə sillə, sonra isə şalvarının kəməri ilə vurub.

Bununla da Tural qızın bədininin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Yenə də qızın müqavimət göstərdiyini görən Tural əlləri ilə boğaz nahiyəsindən tutub və boğmağa başlayıb.

Belə olan halda Tural İslamov qızın müqavimətini sındırıb və daha sonra onunla cinsi əlaqədə olub. Səidə ilə cinsi əlaqədə olandan sonra Tural İslamov evi tərk edib.

Təcavüzə məruz qalan Səidənin valideynləri hüquq-mühafizə orqanlarına müraciət edib. Polisin keçirdiyi əməliyyat nəticəsində Tural İslamov həbs edilib.

Tural İslamov Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural İslamov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Tural İslamov apelyasiya şikayəti verib. O, qeyd edib ki, əməlində cinayət tərkibi yoxdur. Qızla könüllü cinsi əlaqədə olduğunu göstərən Tural İslamov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakimlər Tural İslamovun apelyasiya şikayətinin dəlillərini əsassız hesab ediblər və onun barəsində olan hökmü qüvvədə saxlayıblar.

Bundan sonra Tural İslamovun müdafiəçisi kasasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi və yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Müdafiəçi kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmayıb. Müdafiəçi əlavə edib ki, Tural İslamovun əməlində zorlama cinayətinin tərkibi olmayıb.

Müdafiəçinin şikayəti Ali Məhkəmədə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçən prosesdə araşdırılıb. Hakim heyəti Tural İslamovun vəkilinin şikayətini təmin etməyib.