» » » "Lənkəranski"nin varisinin işində YENİ FAKTLAR

"Lənkəranski"nin varisinin işində YENİ FAKTLAR

"Lənkəranski"nin varisinin işində YENİ FAKTLAR

Avqustun 18-də Türkiyədə öldürülən qanuni oğru Rövşən Canıyevin (Lənkəranski) maliyyə imperiyası uğrunda mübarizə aparanlardan biri, uzun illərdir İtaliyada həbsdə olan Merab Canqveladze (Merab Suxumski) Rusiya vətəndaşlığından məhrum edilib. Xatirladaq ki, bugünlərdə Lənkəranskinin ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarının Merab Suxumskinin nəzarətinə keçməsi barədə məlumat yayılmışdı. Rusiya mənbələri iddia edirdi ki, Suxumski bununla kifayətlənməyərək Lənkəranskinin Türkiyədəki biznesinə də göz dikib.

Ucarliyiq.biz musavat.com-a istinadən xəbər verir ki, vaxtilə Rövşən Lənkəranskinin ən yaxın adamlarından olan Merab Suxumskinin azadlığa buraxılması və Rusiyaya qayıtması kriminal aləmdə yeni müharibəni alovlandıra bilərdi. Rusiya hüquq-mühafizə orqanları məhz bu kimi səbəblərdən Suxumskinin Rusiyaya qayıtmasını istəmirdilər. Rusiya KİV-lərinin xəbərinə görə, hələ iyun ayında Moskva məhkəməsinin hakimi Nelli Rubçovanın sədrliyi ilə keçirilən prosesdə Suxumskiin Rusiya vətəndaşlığının ləğvinə baxılıb. Qərara görə, Suxumski özü haqqında doğru məlumat verməməsi səbəbindən vətəndaşlığına son verilib. Suxumski nin apelyasiya şikayətinə isə bugünlərdə baxılıb və rədd cavabı verilib. Primecrime.ru saytının xəbərinə görə, İtaliyaya ezam olunan İnterpolun Rusiya bölməsinin əməkdaşları məhkəmə qərarını Suxumskiyə şəxsən təqdim ediblər.

Məlum olub ki, Suxumski bu ilin martında ev dustaqlığına buraxılıbmış. Suxumski sənədlərlə tanış olduqdan sonra bildirib ki, məhkəmənin qərarı ilə bağlı hüquqi prosedurları davam etdirəcək. Ona ömürlük Rusiyaya gəlmək qadağası barədə də qərar çıxarılıb. O, rəsmi sənədə imza deyil, "daxili işlər nazirinə və Cinayət Axtarış İdarəsinin rəis müavini Novikova sağ ol" qeydini yazıb. Suxumskinin bundan sonrakı taleyinin necə olacağı isə müəmmalıdır. Çünki Suxumskini Qazaxıstan hüquq-mühafizə orqanları bir sıra cinayətlərdə suçlayırlar və bu qərardan sonra onu daha uzun müddətə türmə həyatı gözləyə bilər.

Kriminal aləmin ən odioz fiqurlarından olan Suxumski 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. Qanuni oğru adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildə anadan olan Levan da Suxumski ləqəbi ilə tanınır və Lənkəranski ilə yaxşı münasibətləri olub. Rusiya mafiyasının xaç atası Vyaçeslav İvankovla (Yaponçik) uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb.

Yaponçik tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında Lənkəranski ilə yanaşı Merab da var. Ded Xasanın qətlindən sonra da Suxumski və Lənkəranskinin adları sifarişçilər siyahısında birgə hallanıb.

"Lənkəranski"nin varisinin işində YENİ FAKTLAR