» » » Dünyanı "Qanlı əllər"lə iidarə edən kriminal avtoritetlər – FOTOLAR

Dünyanı "Qanlı əllər"lə iidarə edən kriminal avtoritetlər – FOTOLAR

Dünyanı "Qanlı əllər"lə iidarə edən kriminal avtoritetlər – FOTOLAR

Dünyanı siyasətçilərlə bərabər idarə edən başqa qüvvələr də var. Onlar kriminl avtoritetlər və mafiozlardır. Həmin şəxslər arasında hətta elələri var ki, sərvətləri milyardlarla ölçülür.

Ucarliyiq.biz sizə dünyanı idarə edən "qanuni oğru"ların kimliyini təqdim edir.

Şarko Maladoy (Rusiya)

Əsil adı Zaxari Kalaşov olan Şarko Rusiya daxil olmaqla, əsasən post-sovet məkanına nəzarət edir. 2005-ci ildə İspaniya polisi Rusiya mafiyasına qarşı geniş əməliyyat keçirib və bir neçə qanuni oğru həbsə alınıb. Şakro Molodoy gizlənə bilsə də, 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək İspaniya hökumətinə təhvil verilib. Madrid məhkəməsi Kalaşovun 7 il azadlıqdan məhrum edilməsi və 20 milyon avro cərimə olunması barədə qərar çıxarıb.

MDB-də kriminal aləmin ağsaqqalı olan Ded Xasan öldürüldükdən sonra, Rusiyaya dönən Şarko Maladoy onun varisi olaraq bölgəyə nəzarəti ələ alıb. Rusiya hüquq-mühafizə orqanları Şarkonu "kriminal aləmin kralı" olaraq qeyd edirlər. Bu il yenidən həbs edilən Şarko ömrü boyu barmaqlıqlar arasında qala bilər. Hələlik məhkəmə prosesi gedir. Lakin o, həbsxanaya düşsə də, krallığını yenə davam etdirəcək.

Matteo Messina Denaro (İtaliya)

Mateo Messina Siciliya mafiya təşkilatının başçılarından biridir. Digər təxəllüsləri "Diabolik" və ya "Roleks"dir. Onun atası Messina Denaro Siciliyada "Don Çiççio" kimi tanınmaqdadır.

Matteo Bernardo Provençanonun sələfi Salvatore Lo Pikkolonun həbsindən sonra, 2007-ci ildə Siciliya mafiyasının 1 nömrəli adamına çevrilib. 1993-cü ildən etibarən polisdən gizlənərək "Forbes" jurnalına əsasən dünyada 10 axtarışda olan cinayətkarlar arasında 6-cə yeri tutur. Onun evində axtarış zamanı tapılan məktubdan: "Mən getməyə məcburam, amma səbəbini sənə izah edə bilmərəm. Elə bir şey uğrunda mübarizə aparıram ki, indiki zamanda bunu başa düşə bilməzlər. Amma bir gün insanlar görəcəklər ki, mən haqlı tərəfdə qərar tutmuşdum" sözləri diqqət çəkib.

Keniti Si"El Mayo Zambada" ləqəbi ilə tanınan "qanuni oğru" Meksikada narkotika ticarətinə rəhbərlik edir. O, dəfələrlə həbsxanaya düşüb. Özü olmayanda bütün işlərə birinci müavini nəzarət edir. Yüksək botanik bilikləri olan İsmael Zambada Kolumbiyanı kokainlə təmin edib.

Davud İbrahim (Hindistan)noda (Yaponiya)

O, Yaponiyanın "Yamaquti-qumi" mafiasına rəhbərlik edir. 27,7 min üzvü olan qruplaşma ən böyük mafia klanlarından hesab olunur. 1962-ci ildə kriminal karyerasına başlayan Keniti hazırda öz qruplaşması daxilində nüfuz dairələrinin bölüşdürülməsi mübarizəsində iştirak edir. O, 1997 -ci ildə sui-qəsd nəticəsində öldürülüb.

İsmael Zambada Qarsiya (Meksika)

Davud İbrahim Hindistanın ən güclü cinayətkar qruplaşmasının rəhbəri, qlobal terrorçu və dünyanın ən güclü mafiya liderlərindən biri olub.

Onun əsl adı Şeyx Davud İbrahim Kaşkardır. D.İbrahimin mütəşəkkil qruplaşması "D-Company" adı ilə tanınır. Hazırda o, İnterpulun mütəşəkkil cinayətkarlığa və terrorçuluğa görə axtarışa verdiyi ən təhlükəli şəxslərdən biridir. D.İbrahim dünyanın ən varlı terrorçusudur. Onun kapitalının həcmi 6-7 milyard dollar, bəzi məlumatlara görə isə hətta 20 milyard dollardır.

D.İbrahim Bombey şəhərində 1993-cü ildə törədilən partlayışların, habelə 2003-cü ildə Hindistan parlamentinə edilən terror hücumunun və digər terror aksiyalarının təşkilində günahkar bilinir. ABŞ Konqresi D.İbrahimi "Əl-Qaidə" ilə bağlı olan ən təhlükəli terrorçular sırasına daxil edib. Birləşmiş Ştatlar 2003-cü ildə onu "qlobal terrorçu" elan edərək BMT Təhlükəsizlik Şurasında xüsusi qətnamənin çıxarılmasına nail olub.

Buş administrasiyası isə D.İbrahimə və bəzi tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib. D.İbrahim bütün dünya üzrə qeyri-leqal pul ötürmələrinin həyata keçirildiyi, "həvalə" kimi tanınan sistemin böyük hissəsinə nəzarət edir. Bu sistem terrorçuların bir-birlərinə pul ötürməsi üçün geniş istifadə olunur. Bildirilir ki, D.İbrahimin "əl-Qaidə" lideri Üsamə Ben Ladenlə də əlaqələri olub.

Çanq An-lo (Tayvan)

Tayvan mafiasının lideri "Ağ canavar" ləqəbi ilə tanınır. 2013-cü ildə böyük girov qarşılığında azadlığa buraxılıb. "Ağ canavar" siyasətə də qarışır və Çinlə Tayvanın birləşməsinin tərəfdarı kimi çıxış edir.

İshak Aberdjil (İsrail)
İsrailin ən təhlükəli kriminal avtoriteti sayılan İshak "Abergil" mafia klanına rəhbərlik edir. 10 uşaqlı ailədə dünyaya gələn İshakın 1 qardaşından başqa digərləri kriminal aləmin fəal üzvlərinə çevirilib. Hələ 17 yaşında olarkən İshak Yakov Koenanın qətlində günahlandırılaraq həbs edilib. O, qətl, narkotik maddələrin satışı, qumar və çirkli pulların yuyulması cinayətlərinə görə həbsxanadadır. Lakin barmaqlıqlar arxasında olmasına baxmayaraq bu, onun öz klanını idarə etməsinə mane olmur.

"Komissiya" – Stiven Krea, Domeniko Çefalu, Persiko Karmini, Liborio Vellomo, Maykl Mankuzo və Con Difronso adlı mafiozların rəhbərlik etdiyi, bütün Amerika mafiasını idarə edən orqan.

"Komissiya"nın ilk iclası 1931-ci ildə, son iclası isə 1985-ci ildə keçirilib. Qruplaşma üzvləri hazırda əyani şəkildə görüşə bilməsələr də, onlar müasir üsullarla öz addımlarını bir-biri ilə uyğunlaşdıra bilirlər. "Komissiya"nın tərkibinə Nyu-Yorkun beş "mafia ailəsi" – Bonanno, Qambino, Cenoveze, Kolomb və Lukezze daxildir. Həmçinin, "Çikaqo mafiası" "Komissiya"da təmsil olunur. "Komissiya"ya Amerikanın məşhur kriminal avtoritetləri Stiven Krea, Domeniko Çefalu, Persiko Karmini, Liborio Vellomo, Maykl Mankuzo və Con Difronso rəhbərlik edir.
(A24.Az)

Dünyanı "Qanlı əllər"lə iidarə edən kriminal avtoritetlər – FOTOLAR
Dünyanı "Qanlı əllər"lə iidarə edən kriminal avtoritetlər – FOTOLAR
Dünyanı "Qanlı əllər"lə iidarə edən kriminal avtoritetlər – FOTOLAR
Dünyanı "Qanlı əllər"lə iidarə edən kriminal avtoritetlər – FOTOLAR
Dünyanı "Qanlı əllər"lə iidarə edən kriminal avtoritetlər – FOTOLAR
Dünyanı "Qanlı əllər"lə iidarə edən kriminal avtoritetlər – FOTOLAR
Dünyanı "Qanlı əllər"lə iidarə edən kriminal avtoritetlər – FOTOLAR
Dünyanı "Qanlı əllər"lə iidarə edən kriminal avtoritetlər – FOTOLAR
Dünyanı "Qanlı əllər"lə iidarə edən kriminal avtoritetlər – FOTOLAR
Dünyanı "Qanlı əllər"lə iidarə edən kriminal avtoritetlər – FOTOLAR