» » » Azırbaycanda 15 yaşlı qızın TÜKÜRPƏDƏN HEKAYƏSİ: "Razılığımla bakirəliyimi pozdu, amma..."

Azırbaycanda 15 yaşlı qızın TÜKÜRPƏDƏN HEKAYƏSİ: "Razılığımla bakirəliyimi pozdu, amma..."

Azırbaycanda 15 yaşlı qızın TÜKÜRPƏDƏN HEKAYƏSİ: "Razılığımla bakirəliyimi pozdu, amma..."

Seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan 1990-cı il təvəllüdlü Lütfiyar Vəliyevin məhkəməsi başa çatıb.

Lütfiyar Vəliyev 1999-cu il təvəllüdlü Samirə Mehdiyeva (ad və soyad şərti verilib) ilə 2015-ci ilin 9 may-28 iyul aralığında bir neçə dəfə cinsi əlaqədə olub.

Onlar razılıq əsasında Tərtər rayonunun Borsunlu kəndində və Naftalan şəhərində kirayə tutulan evlərdə görüşüblər. Ailəli olan Lütfiyar Vəliyevdən hamilə qalan Samirə Mehdiyeva aldadıldığını anlayandan sonra polisə müraciət edib.

Samirə Mehdiyeva yetkinlik yaşına çatmadığı üçün Lütfiyar Vəliyevin barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham edilib.

Məhkəmənin hökmü ilə Lütfiyar Vəliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Lütfiyar Vəliyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Həmçinin zərərçəkmişin nümayəndəsi təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayəti Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb.

"Mənə qoşulub qaçmağı təklif etdi"

Samirə Mehdiyeva bildirib ki, Lütfiyarla 2015-ci ilin martında anasının işlədiyi "Möcüzəli Naftalan" sanatoriyasında tanış olub: "Onunla bir müddət telefonla danışdım. Lütfiyar məni sevdiyini, ailə qurmaq istədiyini bildirdi. Mənə onunla qoşulub qaçmağı təklif etdi. Lütfiyara hələ 15 yaşım olduğunu dedim".

Zərərçəkmişin sözlərinə görə, Lütfiyar 8 may2015-ci ildə maşınla onun yaşadığı Goranboy rayonunun Səfikürd kəndinə gəlib: "Birlikdə Tərtər rayonunun Borsunlu kəndinə getdik. Lütfiyar məni kənddəki evinə apardı. Həmin gecə razılığımla bakirəliyimi pozdu".

"Mütəmadi cinsi əlaqədə olurduq"

Samirə Mehdiyeva qeyd edib ki, daha sonra Naftalandakı "Məhəllə evləri" adlanan ərazidə olan evdə yaşayıblar: "Aramızda ər-arvad münasibətləri olub. Mütəmadi cinsi əlaqədə olmuşuq. Təxminən bir ay müddətində həmin evdə qaldıq. Hamilə qaldıqdan sonra Lütfiyarın ailəli olduğunu bildim. Bu üzdən aramızda mübahisə oldu. Mübahisə zamanı Lütfiyar məni söydü, sillələdi. O, çənə və belimə təpik zərbələri vurdu".

Tərəflərin şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin nümayəndəsinin şikayəti təmin edilməyib.

Zərərçəkmiş tərəf kasasiya şikayəti versə də, Ali Məhkəmə şikayəti təmin edilməməsi barədə qərar çıxarıb.(Teleqraf.com),

Azırbaycanda 15 yaşlı qızın TÜKÜRPƏDƏN HEKAYƏSİ: "Razılığımla bakirəliyimi pozdu, amma..."