» » » Zərdabda şagirdi zorlamaqda ittiham olunan direktor saxlanıldı- Prokurorluq işə qarışdı

Zərdabda şagirdi zorlamaqda ittiham olunan direktor saxlanıldı- Prokurorluq işə qarışdı

Zərdabda şagirdi zorlamaqda ittiham olunan direktor saxlanıldı- Prokurorluq işə qarışdı

Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunan direktoru Ceyhun Tofiqli hazırda dindirilir.

Ucarliyiq.biz bildirir ki, bu haqda Modern.az-a Zərdab rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, saxlanılan şəxsə hələlik cinayət işi açılmayıb:

"Hazırda müstəntiq Emil Qurbanov onun dindirilməsilə məşğuldur. Cinayət işi açılıb-açılmayacağı barədə məlumat bir qədər sonra veriləcək".

Qeyd edək ki, noyabrın 15-də yayılan xəbərlərdə məktəb direktoru şagirdə təcavüz etməkdə ittiham olunub. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və saxlanıldığı qeyd edilib.

Təhsil Nazirliyindən verilən rəsmi açıqlamada bildirilib ki, şagird Abduləliyeva Nərgiz Rəmzi qızı tibbi müayinədən keçirilib və heç bir təcavüz halının olmadığı müəyyən edilib.