» » » 50 yaşlı azərbaycanlı övladlığa götürdüyü qızını zorladı, bölmədə özünü öldürdü - Dəhşət

50 yaşlı azərbaycanlı övladlığa götürdüyü qızını zorladı, bölmədə özünü öldürdü - Dəhşət

50 yaşlı azərbaycanlı övladlığa götürdüyü qızını zorladı, bölmədə özünü öldürdü - Dəhşət

Şirvan şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər boğazını və qollarını doğrayıb və çoxlu qan itirdiyindən dünyasını dəyişib.

İntihar edən 50 yaşlı kişi ilə bağlı bəzi faktlar üzə çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Vaqif Muradov barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə bir neçə gün əvvəl saxlanılıb. Daha sonra o, Şirvan şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib.

Bildirilir ki, 50 yaşlı V.Muradov övladlığa götürdüyü və 14 yaşı hələ tamam olmamış qızına qarşı etdiyi seksual xarakterli zorakılıq əməlinə görə tutulub. Bu barədə polisə məlumat daxil olan kimi araşdırma başlayıb. İlkin olaraq fakt təsdiqini tapıb.

Törətdiyi əməlin yaratdığı ağır psixoloji təzyiqin təsirində olan 50 yaşlı kişi bu gün səhər saatlarında boğaz və qol damarlarını kəsərək intihar edib.