» » » 12 yaşlı Fərəhin ölümü ilə bağlı sensasion məlumat - Onun xalası qızı.. - FOTO

12 yaşlı Fərəhin ölümü ilə bağlı sensasion məlumat - Onun xalası qızı.. - FOTO

12 yaşlı Fərəhin ölümü ilə bağlı sensasion məlumat - Onun xalası qızı.. - FOTO

Ötən gün Səbail rayon 6 nömrəli orta məktəbin şagirdi 12 yaşlı Fərəh Yaqubovanın ölümü ilə bağlı təfərrüatlar məlum olub.

7-ci sinif şagirdi olan F.Yaqubova dərsindən 3 qiymət alıb. Buna görə anası Şahnaz tərəfindən danlanıb. Bundan sonra Fərəh nənəsinin dərmanından 200-ə yaxın həb içib.

Azyaşlı Fərəhin ölümü ailə üçün ilk faciə deyil. Bir neçə il əvvəl Fərəhin anası Şahnaz Əliyevanın bacısı da eyni acını yaşayıb. Onun bacısının azyaşlı qızı xərçəng xəstəliyindən dünyasını dəyişib. Hər iki bacı yeganə övladını itirib. Fərəh bir neçə il əvvəl rəhmətə gedən xalası qızının yanında dəfn olunub.

Anası Şahnaz xanım qızının məzarının şəkilini paylaşaraq ürəksızladan sözlər yazıb: "Çırağım söndü, həyatıma son qoydu. Belim qırıldı, evim yıxıldı.Məni məhv edib getdin. Can balam…".

Orta məktəb isə Fərəhin qiymətə görə intihar etməsini təkzib edib. Drektor köməkçisi Rəna Mirzəyeva açıqlamasında onu yaxşı oxuyan şagird kimi tanıdığını və imtahanlardan yaxşı qiymətlər aldığını deyib:

"İnzibati imtahandan 5, 4, 3 qiymətlər alıb. 2 almayıb ki, depressiyaya düşsün. Yəni, bu səbəb ola bilməz. Yaxşı və fəal şagird olub. Fərəh intihar etməyib axı. Gərək ona evdə nəzarət eləyərdilər. Nənəsinin dərmanını içib və özü də yüksək miqdarda".

Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi./Criminal.az/

12 yaşlı Fərəhin ölümü ilə bağlı sensasion məlumat - Onun xalası qızı.. - FOTO