» » » Azərbaycanda dəhşətli hadisə!Gənclər şəhərciyində qadını girov saxlayaraq zorladı

Azərbaycanda dəhşətli hadisə!Gənclər şəhərciyində qadını girov saxlayaraq zorladı

Azərbaycanda dəhşətli hadisə!Gənclər şəhərciyində qadını girov saxlayaraq zorladı

Girov saxlama, zorlama və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Mənsur Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Əvvəllər məhkum olunmuş Mənsur Kərimov Abşeron rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 128-ci (sağlamla xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Məhkəmə onu aylıq qazancının 15 faizi dövlət hesabına tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Mənsur Kərimov yenidən daha ağır cinayət törədib. O, Lalə Cəfərovanı (ad və soyad şərtidir) zorlamaq qərarına gəlib.
O, 11 noyabr 2013-cü il tarixdə saat 22 radələrində Lalə Cəfərovanı özünün yaşadığı Abşeron Gənclər Şəhərciyində yerləşən 12 "a" nömrəli mənzilə gətirib.

Mənsur Kərimov 6 gün - 17 noyabradək Lalə Cəfərovanı evində saxlayıb. Etirazına baxmayaraq onunla cinsi əlaqədə olub. O, hər dəfə fızıki zor tətbiq etməklə Lalə Cəfərovanı döyüb və ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi xəsarətləri yetirib.

Mənsur Kərimov hər gün Lalə Cəfərova ilə cinsi əlaqədə olub. O, eyni zamanda Lalə Cəfərovaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib, onunla qeyri-təbii yola da cinsi əlaqədə olub.

Daha sonra Mənsur Kərimov Lalə Cəfərovanı valideynlərinə və ya digər yaxın qohumlarına şikayət edəcəyi təqdirdə, onunla ailə qurmayacağı ilə hədələyib.
Mənsur işə getdiyi günlərdə mənzilin qapısını arxadan açarla bağlayıb və Lalə Cəfərovanın mənzildən çıxmasına imkan verməyib.

Mənsur Kərimov Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə), 149.2.5-ci (təkrar zorlama) və 150.2.5-ci (təkrar Seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mənsur Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mənsur Kərimov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, barəsində bəraət hökmü çıxarılsın.
Həmçinin zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verib. Zərərçəkmiş şikayətində Mənsur Kərimovun barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsi Mənsur Kərimovun apelyasiya şikayətini təmin etməyib. Həmçinin zərərçəkmişin də şikayəti rədd edilib.

Bundan sonra zərərçəkmiş kasasiya şikayəti verib. O, yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Zərərçəkmiş qeyd edib ki, apelyasiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmayıb, məhkuma təyin edilmiş cəza ədalətsiz və qanunsuz olub.
Zərərçəkmişin sözlərinə görə, cəza təyini zamanı Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə cavab vermir. Bildirib ki, məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini pozaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini lazımı qədər nəzərə almadan Mənsur Kərimova yüngül cəza təyin edib.

Zərərçəkmişin şikayətinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılıb. Hakim heyəti zərərçəkmiş tərəfin şikayətini təmin etməyib.(teleqraf)