» » » Azərbaycanda il ərzində intihar edən qadın və uşaqların ŞOK STATİSTİKASI

Azərbaycanda il ərzində intihar edən qadın və uşaqların ŞOK STATİSTİKASI

Azərbaycanda il ərzində intihar edən qadın və uşaqların ŞOK STATİSTİKASI

Azərbaycanda ötən il və bu ilin 9 ayı ərzində intihar edən insanların sayı açıqlanıb.

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov Report-un sorğusuna cavab olaraq bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Ölkədə ötən il Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub.