» » » 12 yaşlı Fərəhin intihar səbəbi bilindi - "İstəyirəm hamı mənim nazımı çəksin"

12 yaşlı Fərəhin intihar səbəbi bilindi - "İstəyirəm hamı mənim nazımı çəksin"

12 yaşlı Fərəhin intihar səbəbi bilindi - "İstəyirəm hamı mənim nazımı çəksin"

Ötən həftə 12 yaşlı Fərəh Yaqubovanın dərman içərək intihar etməsi xəbəri yayıldı.

Səbail rayon 6 nömrəli orta məktəbin şagirdi olan Fərəhin intihar etməsinin təfərrüatları məlum olub.

SONXEBER.AZ bildirir ki, bu barədə ailənin yaxınları qaynarinfo.az-a məlumat verib.

Məlumat verən şəxsin sözlərinə görə, 7-ci sinif şagirdi Fərəh Yaqubova dərsindən 3 qiymət alıb. Buna görə anası telefonla Fərəhi tənbeh edib. Bundan sonra Fərəh evdə nənəsinin dərmanından çoxlu sayda həb qəbul edib. Həb qəbul etməmişdən əvvəl Fərəh nənəsinə deyib ki, istəyirəm dərman içim, sonra məni aparsınlar xəstəxanaya, məni ayıldandan sonra hamı mənim nazımı çəksin. Nənəsi isə bunun təhlükəli olduğunu, belə şeyləri eləməməyi tapşırıb. Nənəsinin yuxuya getməsini görən Fərəh dərmanları içib.

Yaxınlarının dediklərinə görə, Şahnaz Əliyeva peşəkar dərzi olduğundan qızı həmişə gözəl paltarlarla seçilirdi. Bir il öncə isə Fərəhin atası dünyasını dəyişmişdi. Mənbə bildirir ki, Fərəhin atası da intihar edərək vəfat etmişdi. Bundan başqa, Şahnaz Əliyevanın bacısının azyaşlı qızı xərçəng xəstəliyindən dünyasını dəyişib. Hər iki bacı yeganə övladını itirib.

Anası Şahnaz xanım qızının məzarının şəkilini paylaşaraq ürəksızladan sözlər yazıb: "Çırağım söndü, həyatıma son qoydu. Belim qırıldı, evim yıxıldı. Məni məhv edib getdin. Can balam...".

Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir.