» » » Azərbaycanda ər-arvadın meyiti tapıldı- HƏR İKİSİNİN AĞZINDAN QAN AXIRMIŞ

Azərbaycanda ər-arvadın meyiti tapıldı- HƏR İKİSİNİN AĞZINDAN QAN AXIRMIŞ

Azərbaycanda ər-arvadın meyiti tapıldı- HƏR İKİSİNİN AĞZINDAN QAN AXIRMIŞ

Lənkəran şəhərində ahıl ər-arvadın evlərində meyiti aşkarlanıb. Ucarliyiq.biz APA-nın cənub bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Şəhidlər xiyabanı 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti bu gün saat 13.00 radələrində tapılıb.

Ölümün səbəbləri hələlik məlum deyil. Onların hər ikisinin ağzından qan axdığı bildirilir.

Meyitlər müayinə üçün morqa aparılacaq.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.