» » » Lənkəranski ilə bağlı növbəti qətl

Lənkəranski ilə bağlı növbəti qətl

Lənkəranski ilə bağlı növbəti qətl

Noyabrın 22-də Lənkəranın Kiçik Bazar məhəlləsində baş verən müəmmalı ölüm hadisəsinin təfərrüatı məlum olub.

Ucarliyiq.biz 24saat.org-a istinadən xəbər verir ki, hadisə ötən gün şəhərin Şəhidlər Xiyabanı-10 ünvanında qeydə alınıb. Bu ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti tapılıb.

Meyitlər müayinə üçün morqa aparılıb və hələ də dəfn olunmayıb. Yerli sakinlərdən verilən məlumata görə, qətlin sələmçiliklə bağlı baş verdiyi ehtimal edilir.

Aydın Kiçik Bazarda tanınmış adamlardan imiş. O, vaxtını əsasən Kiçik Bazar məscidinin yaxınlığındakı çayxanada domino oynamaqla keçirən sakit, yaşlı pensiyaçı olub. Onun Azad adlı oğlunun olduğu bildirilir.

Məlumatda deyilir ki, mərhum uzun müddət sələmçiliklə məşğul olub. Hadisəni də sələmə pul verdiyi şəxslərdən birinin törətdiyi güman edilir. Cinayəti narkomanların törətməsi istisna olunmur.

Onların silah kimi küt alətdən istifadə etdikləri bildirilir. Hadisədən sonra evə daxil olan qonşuları ahıl ər-arvadı yerdə uzanmış vəziyyətdə tapıblar.

Bu, Kiçik Bazarda sələmçiliyə görə baş verən ilk belə qətl hadisəsi deyil. 2014-cü il martın 21-də bayram günü A.Allahverdiyevin qonşusu, Şəhidlər Xiyabanı–5 ünvanında yaşayan sələmçi Sürəyya Tağıyeva qətlə yetirilib.

Onu qatili qapı qonşusu Samid Hüseynovdur.

S.Tağıyeva uzun illər tək yaşayıb. O da sələmçi kimi tanınan biri olub. Hadisədən sonra polisin evdən 5 kilo qızıl çıxardığı iddia olunur. Eyni zamanda kimlərə sələm verdiyi, kimlərin ona aylıq pul ödədiyini sübut edən siyahı ortaya çıxıb.

Bundan başqa, rayonun Mamusta kəndində də sələmçi qadının evinə basqın olub. Onlar sələmçiyə xəsarət yetirməsələr də, evindəki qızıl dolusu seyfini götürüb aparıblar. Hadisənin 2 gün əvvəl baş verdiyi iddia olunur.

Xatırladaq ki, Kiçik Bazarda qətlə yetirilən sələmçilər məşhur kriminal avtoritet, İstanbulda öldürülən Rövşən Lənkəranskinin ata evinə yaxın yaşayıblar.