» » » Bakıda qardaş bacısını öldürdü - Biri qəbrə, o biri həbsə...

Bakıda qardaş bacısını öldürdü - Biri qəbrə, o biri həbsə...

Bakıda qardaş bacısını öldürdü - Biri qəbrə, o biri həbsə...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Emin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ucarliyiq.biz report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Çobanov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il mayın 26-da Nərimanov rayonu Faiq Yusifov küçəsi bina 36, mənzil 42 ünvanında baş verib. Səhər saatlarında E.Çobanov münaqişə zəminində bacısı Rübabə Çobanovanı mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Cinayət baş verən əraziyə gələn polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu müvafiq ekspertiza təyin ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində E.Çobanov saxlanılıb.