» » » Türkiyə İncirliyi Rusiyanın üzünə aça bilər

Türkiyə İncirliyi Rusiyanın üzünə aça bilər

Türkiyə İncirliyi Rusiyanın üzünə aça bilər

Türkiyə hökuməti NATO-nun ölkə ərazisindəki İncirlik hərbi hava bazasını Rusiya hərbi aviasiyasına açmağa hazırlaşır. ucarliyiq.biz-in məlumatına görə, Ankaranın Rusiya ilə əlaqələri bərpa etmək istiqamətində səyləri tam sürətlə davam edir. 



Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə prezidentinin sentyabr ayında görüşə biləcəyini deyib. Bu ərəfədə nazir daha bir sürpriz açıqlama verib. "İŞİD hamımızın düşmənidir. Rusiya ilə İncirlikdə nə üçün əməkdaşlıq etməyək?"



"TRT Haber"ə açıqlama verən nazir Soçidə rus həmkarı Sergey Lavrovla görüşünü də şərh edib. 



"Prezidentimizlə Rusiya dövlət başçısı Vladimir Putin ola bilər ki, "G20"dən öncə sentyabrın əvvəlində görüşsün. Böyük ehtimal ki, iyulun sonu, avqustun əvvəlində Ərdoğanla Putin arasında bir görüş olsun. Bu hazırlığı da nazir yoldaşlarımızla birlikdə edəcəyik". 



Çavuşoğlu  onu Soçiyə dəvət edən həmkarını Antalyaya dəvət etdiyini deyib. O qeyd edib ki, Türkiyə İŞİD-lə mübarizədə Rusiya ilə əməkdaşlığa hazırdır.  "İŞİD-ə qarşı hər kəslə əməkdaşlıq edərik. Terror təşkilatı ilə aktiv mübarizəyə qatılmaq istəyənlərə, bilirsiniz ki, İncirlik hərbi hava bazasını açmışıq. Rusiya ilə bu işbirliyini niyə etməyək ki? Çünki terror hamımızın düşmənidir".