» » » İstanbulda 3 milyonluq zümrüd daşıyan azərbaycanlı kuryer tutuldu

İstanbulda 3 milyonluq zümrüd daşıyan azərbaycanlı kuryer tutuldu

İstanbulda 3 milyonluq zümrüd daşıyan azərbaycanlı kuryer tutuldu

Türkiyədə qaçaqmalçılıqla məşğul olan azərbaycanlı tutulub. ucarliyiq.biz-in "CNN Türk"ə istinadla verdiyi məlumata görə, Y.D adlı şəxsi İstanbul polisi Sabiha Gökçen hava limanı ərazisində saxlayıb.



Azərbaycanlı kuryer Dubaydan karqo ilə gələn külli miqdarda zümrüd daş olan qabla saxlanılıb. Ələ keçirilən zümrüdün dəyəri 3 milyon lirə (1,6 milyon manat civarında) civarındadır. 



Gömrük xidmətinin əməkdaşları xaricdən ölkəyə külli miqdarda qiymtli qaş-qaş gətiriləcəyi ilə bağlı məlumat əldə ediblər. Onlar kuryer ola biləcəyi ehtimal edilən azərbaycanlını izləməyə başlayıblar. Şübhəli şəxsh hava limanında karqonu alarkən yaxalanıb.



Onun götürdüyü paketdə Dubaydan göndərildiyi bildirilən 5,5 kq işlənməmiş zümrüd olub. Daşlar Qapalı çarşıda işlənərək bazara çıxarılmalı idi. 


İstanbulda 3 milyonluq zümrüd daşıyan azərbaycanlı kuryer tutuldu