» » » İstanbul terrorçusuna Saakaşvili pul verib?

İstanbul terrorçusuna Saakaşvili pul verib?

İstanbul terrorçusuna Saakaşvili pul verib?

Gürcüstan Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında baş verən terrorda şübhəli bilinən çeçen Əhməd Çatayevin eks prezident Mixail Saakaşvili tərəfindən maliyyələşdirildiyi barədə araşdırmaya başlaya bilər. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Gürcüstanın qaçqınların və məcburi köçkünlərin işləri üzrə naziri Sozar Subari xəbər verib.



Onun sözlərinə görə, Əhməd Çatayev hazırda Odessa qubernatoru olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin "agent"i olub.



"Bu məşhur terrorçu Saakaşvilinin agenti olub və maliyyələşdirməni ondan alırdı. Saakaşvili ona bir neçə dəfə passport dəyişdiririb. Bu barədə orqanlarda uyğun olan sübutlar da mövcuddur", - deyə Subari jurnalistlərə bildirib.


İstanbul terrorçusuna Saakaşvili pul verib?

İstanbul terrorçusuna Saakaşvili pul verib?


Daha əvvəl Çatayevin gürcü pasportuna malik olduğu və Saakaşvilinin hakimiyyəti zamanı gürcü xüsusi xidmət orqanlarının agenti olduğunu Gürcüstan parlamentinin müdafiə komitəsinin başçısı İrakli Sesiaşvili də bildirmişdi.



"Bununla əlaqədar olaraq araşdırma başlanacaq və Saakaşvilinin cavabını eşitmək çox maraqlı olacaq”.



Onun sözlərinə görə, Saakaşvili niyə terrorçularla əməkdaşlıq etdiyini və onları maliyyələşdirdiyini izah etməlidir.



"Çatayevin bizim hakimiyyətimiz tərəfindən azad edilməsinə gəlincə: onda tək bir ittiham var idi - qanunsuz silah daşınması. Bizdə başqa sübutlar olmayıb… Əvvəlki hakimiyyətin şahidləri sonradan öz ifadələrini dəyişdilər və bu informasiyanı təkzib etdilər. Beləliklə, onun həbsi qanunsuz olardı".



İstanbul terrorçusuna Saakaşvili pul verib?


"Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk hava limanında baş verən terrorda şübhəli bilinən çeçen Əhməd Çatayevi Bidzina İvanişvili hakimiyyəti həbsdən buraxıb". Bunu Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili öz "Facebook" səhifəsində yazıb.



"Mən Gürcüstanda hakimiyyətdə olanda hazırda Odessa polisinə rəhbərlik edən general Qeorqi Lordkipanidzenin rəhbərliyi ilə keçirilən antiterror əməliyyatı zamanı Əhməd Çatayev həbs edilmişdi. Həmin əməliyyat zamanı bizim təhlükəsizlik qüvvələrimizin 3 əməkdaşı da dünyasını dəyişmişdi. 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişərkən rəhbər vəzifəsinə rusiyalı oliqarx Bidzina İvanişvili keçəndə yeni hökumət bir çoxları kimi onu da siyasi məhbus hesab etdiyi üçün azadlığa buraxmışdı". 


İstanbul terrorçusuna Saakaşvili pul verib?

İyunun 28-də Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında terror hadisəsi baş verib. Üç kamikadze hava limanına əllərində "Kalaşnikov" avtomatı ilə daxil olublar. Onlar qarşılarına çıxanları güllələyiblər, daha sonra üzərlərinə bağladıqları bombanı partladıblar. 



Hadisə nəticəsində 44 insanın ölüb, 200-dən çox insan isə yaralanıb. 



Atatürk hava limanına gəlmiş Türkiyənin baş naziri Binali Yıldırım vəziyyətlə bağlı açıqlama verib. Nazirin sözlərinə görə, hələ ki hadisəylə bağlı dəqiq ittiham irəli sürülməyib. Yalnız İŞİD terror qruplaşmasından şübhələndiklərini vurğulayan Binali Yıldırım araşdırmaların davam etdiyini bilidirib.