» » » Lavrov Ermənistanda

Lavrov Ermənistanda

Lavrov Ermənistanda

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda səfərdədir. Rus nazir erməni həmkarı Edvard Nalbandyanla görüşüb. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.



Zaxarova bildirib ki, görüş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin iclası zamanı baş tutub.



Lavrov Ermənistanda


Bu gün start götürən KTMT xarici işlər nazirlərinin İrəvan toplantısı Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın rəhbərliyi altında keçirilir. İclasda əsas müzakirə mövzusu beynəlxalq terrorçuluqla birgə mübarizə olacaq.



Həmçinin 2025-ci ilə kimi təşkilatın Kollektiv təhlükəsizlik Strategiyası layihəsi müzakirə olunacaq. Toplantıda KTMT baş katibi Nikolay Bordyuja iştirak edir.



Lavrov sonuncu dəfə Ermənistanda aprelin 22-23-ü tarixlərində olub. Həmin vaxt əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsi idi.



Mətbuat Lavrovun İrəvana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planla getdiyini yazırdı. Ona görə də  bu səfər Ermənistan cəmiyyətində müsbət qarşılanmamışdı.