» » » Qarabağ münaqişəsinin həlli uzadılmamalıdır

Qarabağ münaqişəsinin həlli uzadılmamalıdır

Qarabağ münaqişəsinin həlli uzadılmamalıdır

"Qarabağ münaqişəsinin həllinə dair məsələnin uzadılması dinc əhaliyə təhlükədir". ucarliyiq.biz-in məlumatına görə, bunu Rusiya XİN-in mətbuat xidmətinin başçısı Mariya Zaxarova deyib.



M.Zaxarovanın sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və  Ermənistan -Azərbaycanın mövqelərinin yaxınlaşması üçün əllərindən gələni əsirgəmirlər. 



O, iki ölkə prezidenti İlham Əliyevlə Serj Sarkisyan arasında növbəti görüşdən də danışıb. XİN rəsmisi deyib ki, görüşün harada və nə vaxt keçiriləcəyi planlaşdırılsa bu barədə tərəflər məlumat verməlidirlər. "Deyə bilərəm ki, bu məsələ də Rusiyanın bir məqsədi var - münaqişənin tezliklə həll olunmasında köməklik göstərmək. Biz əlimizdən gələni edirik. Bunun üçün Rusiya prezidenti, Rusiyanın xarici işlər naziri fəal səylər göstərir".