» » » İraqda məhkum olan terrorçuların edam olunması əmr edildi

İraqda məhkum olan terrorçuların edam olunması əmr edildi

İraqda məhkum olan terrorçuların edam olunması əmr edildi

İraqın baş naziri Heydər al-Abadi ölkədə məhkum olunmuş bütün terrorçuların dərhal edam olunması barədə əmr verib. ucarliyiq.biz-in məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin başçısının müvafiq sərəncamı Ədliyyə Nazirliyinə göndərilib.



İraqın paytaxtı Bağdadın mərkəzində ötən gün ard-arda iki partlayış törədilib. Nəticədə 160-dan çox insan ölüb, 200-dən çox insan isə yaralanıb. 



Məlumata görə, birinci partlayış dini mərkəzin yaxınlığında törədilib. Binanın yaxınlığında minalanmış avtomobil partladılıb.


İraqda məhkum olan terrorçuların edam olunması əmr edildi


Bir müddət sonra, İraq paytaxtının şimalında Əş-Şaab bazarının yaxınlığında əldəqayırma partlayıcı qurğu işə düşüb.



Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatının yaraqlıları öz üzərlərinə götürüblər.



Baş verən faciə ilə bağlı ölkədə üçgünlük matəm elan olunub.