» » » "Əliyevlə Sarkisyanın Vyana görüşü yeni səhifə açdı"

"Əliyevlə Sarkisyanın Vyana görüşü yeni səhifə açdı"

"Əliyevlə Sarkisyanın Vyana görüşü yeni səhifə açdı"

"Son aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hərəkətliliyin müşahidə olunması hamıya məlumdur". ucarliyiq.biz-in məlumatına görə, bu barədə Avropa Birliyinin (Aİ) Ermənistandakı nümayəndə heyətinin rəhbəri Petr Svitalski Qarabağ məsələsinin nizamlanması prosesində Aİ-nin iştirakı barədə danışarkən bildirib.



Svitalski Vyana sammitinin bu məsələnin həlli istiqamətində yeni səhifə açdığını, problemin ədalətli və çoxtərəfli həllini tapmaq üçün cəhd edildiyini qeyd edib. 



“Bu proses davam edir. Avropa Birliyi məsələsinin nizamlanması prosesinin bu formatını tamamilə dəstəkləyir. Burada aparıcı rolu ATƏT-in Minsk qrupunun həmsədrləri oynayırlar. Avropa Birliyi bu prosesə kömək edir", - deyə Pyotr Svitalski bildirib.


"Əliyevlə Sarkisyanın Vyana görüşü yeni səhifə açdı"

Səfir qeyd edib ki, sabah Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana səfər edəcək. Onun ölkə prezidenti, xarici işlər naziri və digər yüksək çinli rəsmiləri ilə görüşləri gözlənilir. Nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, onun səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini təşviq etmək məqsədi daşıyır.


"Əliyevlə Sarkisyanın Vyana görüşü yeni səhifə açdı"


Səfir həmçinin bunları qeyd edib: "Düşünürəm ki, Vyana sammitində əldə olunmuş razılığı yerinə yetirmək lazımdır. Onlar prosesdə yaxşı, müsbət dəyişikliklərə yol açır".



Mayın 16-da Vyanada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə Ermənistan prezidenti Serj Sarkisyan görüşüb. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri ilə bərabər ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edib.


"Əliyevlə Sarkisyanın Vyana görüşü yeni səhifə açdı"

ATƏT-in Minsk qrupu danışıqların yekun bəyanatını təqdim edib. Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. Həmsədrlər tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməyə çağırırlar.


"Əliyevlə Sarkisyanın Vyana görüşü yeni səhifə açdı"


Sənəddə deyilir ki, "Prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyinin səlahiyyətlərini genişləndirməsi barədə razılığa gəliblər”.



Tərəflər həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə itkin düşmüş şəxslər barəsində məlumatların mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.



Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikası rəhbəri Serj Sarkisyan münaqişənin hərtərəfli nizamlanmasına dair dialoqun bərpası üçün danışıqların növbəti raundu barədə razılığa gəliblər. İyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin edəcəklər.