» » » "Qarabağ "ölü nöqtədən" tərpnə bilər"

"Qarabağ "ölü nöqtədən" tərpnə bilər"

"Qarabağ "ölü nöqtədən" tərpnə bilər"

Rusiya Federasiyanın Dövlət Duması Komitəsinin sədri Leonid Slutski Dağlıq Qarabağ münaqişəsindən danışıb. ucarliyiq.biz-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, o, Ermənistanla Azərbaycan arasında danışıqlar müsbət qiymətləndirib:



"Biz zorakılığın artmasının qarşısını aldıq. Bununla belə, 2009-cu il Madrid prinsiplərinin həyata keçirilməsi ilə bağlı müəyyən problemlər var. Biz qanayan Dağlıq Qarabağ problemini gələcək nəsillərə qoya bilmərik.



Ümid edirik ki, növbəti il ərzində problemin "ölü nöqtədən" tərpənməsi üçün müəyyən addımlar hazırlanacaq. Burada əsas hərəkətə başlamaqdır".


Gürcüstanın paytaxtı Tiflisdə həmkarı Mixeil Canelidze ilə görüşü zamanı Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də bölgədəki təhlükəsizliyin tamamilə təmin olunması üçün Azərbaycan və Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının vacib olduğunu deyib.