» » » Putinin hərbi blokundan Qarabağ bəyanatı

Putinin hərbi blokundan Qarabağ bəyanatı

Putinin hərbi blokundan Qarabağ bəyanatı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı  (KTMT) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul ediblər. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda keçirdiyi brifinqdə deyib.



İslasda həmçinin Suriya münaqişəsi ilə bağlı da bəyanat qəbul edilib. Amma Suriya və Dağlıq Qarabağ münaqişələri barədə qəbul olunan bəyanatların təfərüatları açıqlanmayıb.


Putinin hərbi blokundan Qarabağ bəyanatı


Təşkilat yeni iclasın oktyabr ayında İrəvanda keçirilməsi ilə bağlı qərar qəbul edilib .



İclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və təşkilatın baş katibi Nikolay Bordyuja da iştirak edib.



Nikolay Bordyuja iclasda çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyi üçün zərbədir. “Biz bu məsələni müzakirə edib, bəyanat qəbul etmişik”.                                                                                           


Putinin hərbi blokundan Qarabağ bəyanatı


Rusiyanın təşəbbüsü ilə yaradılan təşkilatın ildə bir neçə dəfə müxtəlif formatlarda iclası keçirilir. Hərbi təşkilata Belarus, Rusiya, Ermənistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan daxildir. 



Təşkilatın nizamnaməsinə görə üzv dövlətlərdən hər hansı birinə qarşı hərbi təcavüz faktı qeydə alınarsa, o zaman dövlətlər təcavüzkara qarşı birgə addım atmalıdır.



Ermənistan isə təşkilatın bu imkanlarından Dağlıq Qarabağ münaqişəsi üçün istifadə etmək istəyir. Amma aprel ayında baş verən hərbi əməlliyatlar zamanı təşkilata daxil olunan dövlətlərin əksəriyyəti Ermənistanı dəstəkləməkdən açıq şəkildə imtina etdiylər.



Dövlətlərin bu addımı Ermənistan rəhbərliyinin kəskin etirazlarına səbəb olmuşdu.