» » » Zaxarova Njde bəyanatını İrəvanda təkzib etdi

Zaxarova Njde bəyanatını İrəvanda təkzib etdi

Zaxarova Njde bəyanatını İrəvanda təkzib etdi

Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova  erməni-faşist hərbçisi Qaregin Njdeyə qoyulan heykəllə bağlı verdiyi bəyanatı təkzib edib.



ucarliyiq.biz-in məlumatına görə, Zaxarova İrəvanda jurnalistlərə verdiyi açıqlamada deyib ki, onun sözləri təhrif edilib. “Qaregin Njdeyə heykəlinin qoyulması ilə bağlı verilən qərar Ermənistanın öz daxili işidir”, - deyə Rusiya rəsmisi bildirib.  



Hətta Zaxarova jurnalistlər üçün təşkil etdiyi brifinq zamanı barəsində yazılan məlumatlara təəccübləndiyini də deyib.



"Biz Ermənistana nəinki hörmət edirik, hətta nasizmin qəhrəmanlaşdırılasına yol verməmək üçün BMT-nin beynəlxalq platformalarında işləyirik. Biz bu məsələdə erməni həmkarlarımızın etibarlı dayaq hesab edirik. Burada heç bir ikili standart ola bilməz", - deyə Zaxarova bildirib.


Zaxarova Njde bəyanatını İrəvanda təkzib etdi

Rusiya XİN-in mətbuat katibi Zaxarova iyunun 12-də keçirdiyi mətbuat konfransında Rusiyanın İrəvanda Qaregin Njdeyə heykəl qoylumasını anlamadığını bildirib


Zaxarova Njde bəyanatını İrəvanda təkzib etdi


“Bizim Böyük Vətən müharibəsinə münasibətimizi hər kəs bilir. Nasizmin, neonasizmin, ekstremizmin istənilən cür təzahürünə, hansısa formada bərpasına bizim münasibətimizdən hər kəs xəbərdardır. Bu münasibət beynəlxalq sənədlərdə təsbit olunub. Bizim üçün həmin abidənin niyə qoyulması anlaşılmazdır”.



Zaxarovanın bu bəyanatı İrəvan siyasətçilərinin böyük hay-küyünə səbəb olub. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Qaregin Njdenin erməni xalqı üçün böyük dəyər olduğunu bildirib və Rusiya XİN-in tənqidinin əsassız olduğunu iddia edib.



Şarmazanov hətta çəkinməyib və Qaregin Njdeni Rusiya tarixinin Aleksandr Nevski, Aleksandr Suvorov, marşal Jukov kimi qəhrəmanları ilə eyniləşdirib.