» » » "Erməni soyqırımı" sadəcə müzakirə ediləcək"

"Erməni soyqırımı" sadəcə müzakirə ediləcək"

"Erməni soyqırımı" sadəcə müzakirə ediləcək"

Uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ İsrail Knessetinin gündəliyinə daxil edilib. Erməni mətbuatının yaydığı xəbərə görə, məsələ Knessetin bu gün keçiriləcək iclasında müzakirə olunmalıdır.



İsrail parlamentinin üzvü Robert İlatovun sözlərinə görə, bu sadəcə bir qrup erməniyönümlü deputatın iddiasıdır, heç bir hüquqi əsasa malik deyil.



Bundan əlavə sabah erməni və yəhudilərdən ibarət qrupun Knessetin qarşısında “soyqırım”ın tanınması tələbi ilə etiraz aksiyası keçirəcəyi də gözlənilir.



İsrailin “Kanal 9” televiziyasında yayımlanan “Gəlin, danışaq” verilişində Ermənistanın paytaxtı İrəvanda ermənilərin “qəhrəmanı” Njde Qareginə abidə qoyulması məsələsi müzakirəyə çıxarılıb.



Müzakirələrdə politexnoloq Oleq Levinski türklər, azərbaycanlılar və yəhudilərə qarşı kütləvi qətllərdə iştirak edən insana abidə qoyulmasının səbəbini ermənilərin öyünməyə əsl qəhrəmanının olmaması ilə bağlayıb.



İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri Arye Qut isə bildirib ki, faşist erməni generalına abidə qoyulması Holokost faciəsində ölənlərin xatirəsinə təhqirdir.



“Son illər Ermənistanda, hətta 2 il bundan əvvəl antiböhran liaqsı təsdiq etdi ki, Post sovet ölkələri içərisində, hətta dünyada Ermənistan antisemitizm üzrə birinci yeri tutur. Mən bir mütəxəssis ki, müşahidə edirəm ki, bu gün bu, Ermənistanda həqiqətən də dövlət siyasətidir. Heç kim bunun fərqinə varmır”, - Arye Qut deyib.



A. Qut həmçinin, Xocalıda ermənilərin törətdiyi vəhşilikləri xatırladaraq bildirib ki, bu qətliamı törədənlər özlərinə Njdeni ideal seçən cəlladlardır.



Aparcılığını İsrailin məşhur siyasətçisi İosif Şaqain etdiyi verilişdə bildirilib ki, Ermənistan rəhbərliyinin Njdenin abidəsinin açılış mərasimində iştirak etməsi bunu deməyə əsas verir ki, onlar faşist Njde Qareginin varisi olduqlarını nümayiş etdirirlər.