» » » Səudiyyə Ərəbistanında güclü partlayışlar baş verib

Səudiyyə Ərəbistanında güclü partlayışlar baş verib

Səudiyyə Ərəbistanında güclü partlayışlar baş verib

Elvin Məmmədov
05 İyul, 2016 Çərşənbə axşamı
Baxılıb
8275





3:49 / Hadisə qurbanlarının şəxsiyyəti qismən müəyyənlaşdirilir


Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi Mədinə şəhərində baş verən partlayış nəticəsində ölənlərdən 4-nün, yaralılardan isə 5-nin təhlükəsizlik xidməti əməkdaşları olduğunu təsdiqləyib.



ucarliyiq.biz-in yerli mətbuata istinadən verdiyi məlumata görə, asayiş keşikçiləri Peyğəmbər məscidi yaxınlığındakı  nəzarət-keçid məntəqəsində terrorçunu saxlamağa çalışanda, o, özünü partladıb.



Hadisə ilə əlaqədar araşdırma aparılır. Məsciddə və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Terror aktı ilə bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


Səudiyyə Ərəbistanında güclü partlayışlar baş verib

23:33 / Mədinədəki partlayışda ölü sayı artdı


Partlayış Mədinə şəhərində şəhər məhkəməsi və məscidin arasında yerləşən avtomobil dayanacağında baş verib.



Hadisədən sonra dayanacaqda yanğın başlayıb. Partlayış məscidə Məğrib namazı vaxtı törədilib.



Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıblar. Mədinədə baş verən partlayış nəticəsində 6 nəfər həyatını itirib.



Ölənlərdən ikisinin dinc sakin olduğu iddia edilir. 10 nəfərin isə yaralandığı bildirilir.


Səudiyyə Ərəbistanında güclü partlayışlar baş verib

Səudiyyə Ərəbistanında güclü partlayışlar baş verib

Səudiyyə Ərəbistanında güclü partlayışlar baş verib

Səudiyyə Ərəbistanında güclü partlayışlar baş verib

Səudiyyə Ərəbistanında güclü partlayışlar baş verib

22:13 / Peyğəmbər Məscidi yanındakı partlayışda ölənlərin ilkin sayı


Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscidül Nəbi (Peyğəmbər məscidi) yaxınlığında baş verən güclü partlayış nəticəsində 2 nəfər ölüb.



ucarliyiq.biz-in məlumatına görə,  bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.



Partlayışın məscidin girişindəki nəzarət-keçid məntəqəsini baş verib. Kamikadze məscid kompleksinə daxil ola bilməyib. Zəvvarlar arasında zərərçəkənlərin olmadığı bildirilir.



21:51 / Səudiyyədəki partlayışlarla bağlı son xəbər


Səudiyyə Ərəbistanında baş verən partlayışların təfərrüatları məlum olmağa başlayır.



ucarliyiq.biz-in BBC-yə istinadən verdiyi məlumata görə, ölkədə bir neçə dəqiqə fərqlə iki partlayış baş verib.



Partlayışlardan biri ölkənin şərqində Qatif şəhərində şiələrin toplaşdığı məscidə törədilib.



AFP agentliyinə danışan hadisə şahidi partlayışı terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib.



O, terrorçu-kamikadzenin cəsədini görüdüyünü deyib. 



Eyni dəqiqələrdə Mədinə şəhərində polis idarəsinin binasının yaxınlığında da bir terrorçu özünü partladıb.










Səudiyyə Ərəbistanında güclü partlayışlar baş verib

Səudiyyə Ərəbistanında güclü partlayışlar baş verib

21:19 / Mədinədə Peyğəmbər Məscidində güclü partlayış, ölənlər var


Səudiyyə Ərəbistanın Mədinə şəhərinin Məscidül Nəbi (Peyğəmbər Məscidi) məcidi yaxınlığında  3 dəfə partlayış baş verib.



ucarliyiq.biz-in məlumatına görə, partlayış məsciddə iftar vaxtı baş verib. BBC-nin verdiyi xəbərə görə, bir neçə saat əvvəl isə güclü partlayış Qətif şəhərindəki məsciddə baş verib.



Partlayışın səbəbi məlum deyil. Məscidül Nəbi  məscidində Məhəmməd Peyğəmbərin qəbri yerləşir.


Səudiyyə Ərəbistanında güclü partlayışlar baş verib

Səudiyyə Ərəbistanında güclü partlayışlar baş verib