» » » Həsən Ruhani Azərbaycana gəlir

Həsən Ruhani Azərbaycana gəlir

Həsən Ruhani Azərbaycana gəlir

İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək. ucarliyiq.biz-in məlumatına görə, səfər gələn ay baş tutacaq.


Həsən Ruhani Azərbaycana gəlir


Bu barədə müzakirələr İran İslam Respublikasının prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəngi zamanı aparılıb. 



Dövlət başçısı İran İslam Respublikası Prezidentinin gələn ay Azərbaycana gözlənilən səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.


“İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri gözlənilir. Səfər təxminən avqustun 8-10-u tarixlərinə planlaşdırılır”. Bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov ANS TV-nin “Hesabat" verilişində Mir Şahinin sullarını cavablandırarkən demişdi. 


İran və Azərbaycan prezidentləri isə sonuncu dəfə aprelin 14-də İstanbulda Azərbaycan və İran prezidentləri arasında görüş keçirilib. İlham Əliyev və Həsən Ruhani arasında təkbətək görüş təxminən yarım saat davam edib.



Fevralın 23-də dövlət başçıları Tehranda görüşüblər. İki dövlət arasında 11 müqavilə, anlaşma memorandumu imzalanıb. Sənədlər iki ölkə prezidentinin iştirakı ilə yüksək rütbəli rəsmilər tərəfindən imzalanıb.  



Həmin vaxt prezident İlham Əliyev iqtisadi sanksiyaların ləğv edilməsi münasibəti ilə Həsən Ruhanini  və İran xalqını təbrik edib. Prezident bildirib ki, Azərbaycan həmişə İrana tətbiq edilən sanksiyaların əleyhinə olub və beynəlxalq arenalarda öz fikrini bildirib.