» » » Azərbaycanlı deputat ATƏT PA-nın vitse-prezidenti oldu

Azərbaycanlı deputat ATƏT PA-nın vitse-prezidenti oldu

Azərbaycanlı deputat ATƏT PA-nın vitse-prezidenti oldu

ATƏT PA-nın Gürcüstan paytaxtında keçirilən son plenar iclasında qurumun prezidenti və vitse-prezident vəzifələrinə seçki olub. 



Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-dakı nümayəndə heyətimizin üzvü Azay Quliyev səs çoxluğu ilə bu beynəlxalq təşkilatın vitse-prezidenti seçilib.



ATƏT PA-nın prezidenti vəzifəsinə isə Avstriyadan olan deputat Kristin Muttonen seçilib.



Assambleyanın prezidenti vəzifəsinə Gürcüstan, Fransa və Avstriyadan, vitse-prezidenti vəzifəsinə isə Azərbaycan, Litva, Rumıniya və Portuqaliyadan olan deputatların namizədlikləri irəli sürülmüşdü.



Parlament Assambleyasının 119 üzvü Azay Quliyevin namizədliyinin lehinə səs verib.



A.Quliyev 2013-cü ildən 2016-cı il iyulun 4-dək ATƏT-in siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini olub.