» » » Rus snayperlər Ermənistana toplandı

Rus snayperlər Ermənistana toplandı

Rus snayperlər Ermənistana toplandı

Ermənistanda yerləşən Rusiya Cənub Hərbi Dairəsinin "Kamxud" yüksək dağlıq təlim-məşq bazasında yüzlərlə snayper birgə təlimlərə başlayıb. ucarliyiq.biz-in məlumatına görə, təlimlərə yüzdən çox snayper cəlb edilib.



Cənub Hərbi Dairəsinin mətbuat xidməti təlimlərdə “Draqunov” snayper tüfəngindən uzaq məsafələdə hərəkət edən hədəfə atəş açılmaqla yanaşı həmçinin snayperlərin maskalanması üzərində iş aparılacağını qeyd edib.



Hərbçilər əsasən yüksək dağlıq ərazilərdə uzun məsafədən atəş açmaq üzərində çalışacaq. Atəş təlimlərinin dəyişik hava şəraitində olmaqla gündüz və gecə keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, gizli hərəkət edən hədəflərə atəş açmaq üzrə məşqlər keçiriləcək.


Rus snayperlər Ermənistana toplandı

Bu il fevral ayında "Kamxud" hərbi bazasında "Snayper - 2016" Ümumrusiya müsabiqəsinə hazırlıq keçirilib. Bu məqsədlə rusiyalı snayperlər Ermənistana toplaşıb. Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanın Kamxud yüksək dağlıq təlim-məşq kompleksində yüzlərlə snayper “Draqunov” snayper tüfəngindən atəş açma təlimləri keçib.


Rus snayperlər Ermənistana toplandı


Ötən il isə Rusiya Ermənistanda yerləşən Kamxud poliqonunda pilotsuz təyyarələrlə manevrlər keçirib. Bu barədə Cənub Hərbi Dairəsi məlumat verib. Hərbi təlimlərdə Rusiya ilə yanaşı Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan da iştirak edib.



Rusiya ilə Türkiyə arasında yaşanan gərgin münasibətlərin ardınca Rusiya Ermənistandakı hərbi bazasını gücləndirmişdi. Bir müddət əvvəl Rusiya Ermənistandakı hərbi bazasına 6 ədəd Mi-24 və Mi-8 helikopteri göndərib. Konkret olaraq Krasnodarda yerləşən hərbi aerodromdan İrəvanın yaxınlığında yerləşən Erebuni hərbi bazasına 6 ədəd Mi-24P döyüş helikopteri və Mi-8MT nəqliyyat helikopteri gətirilib.Bundan əvvəl, dekabrın 8-də Ermənistandakı Erebuni rus hərbi bazasına 7 ədəd “Mi-24P” zərbə və “Mi-8MT”nəqliyyat vertolyotlarının gətirildiyi haqda məlumatlar yayılıb. 


Rus snayperlər Ermənistana toplandı


Cənub Hərbi Dairəsinin İrəvandakı aviasiya bazası 1995-ci ildə formalaşdırılıb. 1998-ci ildə bazaya Rusiyadan gətirilmiş “MiQ-29” qırıcı təyyarələri yerləşdirilib. 2001-ci ilin iyulunda Erebunidə yerləşən hissələrdən aviasiya bazası yaradılıb. Həmin aviasiya bazası Gümrüdə yerləşən 102-ci hərbi bazanın hava komponentidir.