» » » Ermənilər ATƏT-in bəyannaməsindən narazı qaldı

Ermənilər ATƏT-in bəyannaməsindən narazı qaldı

Ermənilər ATƏT-in bəyannaməsindən narazı qaldı

Ermənistan ATƏT Parlament Assambleyasının yekun Tbilisi bəyannaməsindən narazı qalıb. Ermənistan mətbuatında yer alan məlumata görə,  bəyannamənin bəzi maddələri Ermənistan üçün qəbuledilməz materiallardan ibarətdir. 



“Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsi ilə etimadı möhkəmləndirmə” adlı qətnamənin 9-cu maddəsində ATƏT regionunda həlli uzanan münaqişələrin sülh və danışılar yolu ilə həlli üçün səylərin artırılmasına davamlı ehtiyac olduğu, tərəflərin ərazi bütövlüyünə və suverenliyinə tam hörmət əsasında, Helsinki Yekun Aktı və BMT xartiyasına uyğun olaraq təhdid və güc tətbiqindən çəkinmənin vacibliyi qeyd edilir.



Bu bənd qətnaməyə düzəliş kimi daxil edilib. Onu isə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti irəli sürüb.



Düzəliş qətnamənin müəllifi, Siyasi məsələlər və təhlükəsizlik komitəsinin üzvü Marqaret Sederfeld tərəfindən dəstəklənib.