» » » Zaxarova İrəvanda erməniləri məyus etdi

Zaxarova İrəvanda erməniləri məyus etdi

Zaxarova İrəvanda erməniləri məyus etdi

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin direktoru Mariya Zaxarova səfərdə olduğu İrəvanda faşizm əleyhinə bəyanat səsləndirib.


Zaxarova İrəvanda erməniləri məyus etdi


ucarliyiq.biz-in məlumatına görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirlərinin şurasının iclası çərçivəsində İrəvanda səfərdə olmuş Mariya Zaxarova Ermənistan “1in.am” kanalına müsahibəsində erməni faşisti Qaregin Njdeyə heykəl qoyulması ilə bağlı verilən suala cavabında nasizmin qəhrəmanlaşdırılmasına qarşı olduğunu bildirib və bu məsələdə ikili standartlara yol verməyi mümkünsüz sayıb.


Mariya Zaxarova Qaregin Njdenin heykəlinin qoyulması ilə bağlı verilən suala cavab vermək istəməyib və bunu Ermənistanın daxili işi sayıb. Qargeni Njdeni faşist sayıb-saymadığı barədə verilən suala isə cavabı çox kəskin olub:



“Düşünürəm, Ermənistanın bu gün müzakirə üçün daha aktual problemi var - Qarabağ münaqişəsinin həlli. Biz indi bütün səylərimizi Qarabağ münaqişəsinin həllinə yönəldirik ki, münaqişənin dinc yolla həlli üçün Rusiya və Ermənistanın mövqeləri yaxınlaşsın”.



Mariya Zaxvrova bildirib ki, münaqişənin nizamlanmasının uzanması dinc əhali üçün təhlükə mənbəyinə çevrilib. 


Zaxarova İrəvanda erməniləri məyus etdi

Prezidentlərin növbəti görüşü barədə suala cavab verən Rusiya XİN-in rəsmisi deyib ki, münaqişə tərəfləri özləri bu məlumatı təqdim etməlidirlər.



"Mən deyə bilərəm ki, Rusiya tərəfinin mövqeyi bir məqsədə yönəlib - tezliklə bu münaqişəni sülh yolu ilə həll etmək. Və biz bunun üçün əlimizdən gələni edirik", - deyə Mariya Zaxarova bildirib.



Rusiyanın Sankt-Peterburq görüşünü keçirməklə münaqişənin nizamlanmasını öz əlinə almaq istədiyi barədə fikirlə Zaxarova razılaşmadı: "Bütün həmsədrlərə görüş barədə lazımınca məlumat verilib”.