» » » Putin qalmaqallı qanunu imzaladı

Putin qalmaqallı qanunu imzaladı

Putin qalmaqallı qanunu imzaladı

Rusiya prezidenti Vladimir Putin Xarici şirkətlərin Rusiyadakı televiziya kanallarının auditoriyasını, yəni reytinqini ölçməsinə qadağa qoyub.



ucarliyiq.biz-in məlumatına görə, yeni qanun layihəsi Rusiya auditoriyasını müəyyənləşdirəcək şirkətlər üçün məcburi dövlət qeydiyyatını tələb edir.



Bu təşəbbüs həmçinin akreditasiyası olan, əcnəbi, vətəndaşlığı olmayan, eyni zamanda Rusiya ilə yanaşı digər ölkənin də vətəndaşlığını daşıyan şəxslərin də  təşkilata rəhbərliyini qadağan edir.



Bundan sonra dövlət akreditasiyasının 'Roskomnadzor' verəcək. Qurum həmçinin televiziyaların auditoriyasını müəyyənləşdirəcək təşkilatın keyfiyyətini də ölçəcək.  



Qanun layihəsini Liberal demokrat partiyasınından olan deputat Andrey Leqav iyunun 22-də parlamentin aşağı palatasına təqdim etmişdi. Sənəd 3-cü oxunuşdan qəbul edilmişdi.



İyunun 13-də  isə məlum oldu ki, 'İctimai rəyi öyrənən Ümumrusiya mərkəzi televiziyaların reytiqini müəyyələşdirəcək qurum kimi qeydiyyatdan keçib.  Rusiya auditoriyasını müəyyənləşdirən TNS Rusiya şirkətinin  qəragahı Londondonda yerləşir. 



Qeyd edək ki, Azərbaycanda da televiziyaların reytinqini xarici şirkət müəyyƏnləşdirir. AQB adlanan Bu şirkətin də qərərgahı Londonda yerləşir. Təşkilatın Baş Direktoru Çingiz Ağamalıyevdir.