» » » İsrail parlamenti erməniləri saymadı

İsrail parlamenti erməniləri saymadı

İsrail parlamenti erməniləri saymadı

Uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ İsrail Knessetinin iclasında səsverməyə çıxarılmayıb.

ucarliyiq.biz-in məlumatına görə, bu barədə Təl-Əviv erməni patriarxiyasının diplomatı Koryun Ata deyib.

O bildirib ki, iclas zamanı “erməni soyqırımı” məsələsi müzakirə edildi. ”Amma səsverməyə qoyulmayıb. Çünki hökumət nümayəndəsi təhsil Komissiyasında bəzi məsələlərin müzakirə olunmasını təklif etdi", - Koryun ata deyib.

Həmçinin oxuyun: "Erməni soyqırımı" sadəcə müzakirə ediləcək"

Dünən xəbər vermişdik ki, uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ İsrail Knessetinin gündəliyinə daxil edilib.
İsrail parlamenti erməniləri saymadı
İsrail parlamentinin üzvü Robert İlatov ANS TV-yə bildirmişdi ki, bu sadəcə bir qrup erməniyönümlü deputatın iddiasıdır, heç bir hüquqi əsasa malik deyil.

Bundan əlavə, erməni mətbuatı xəbər verirdi ki, erməni və yəhudilərdən ibarət qrupun Knessetin qarşısında “soyqırım”ın tanınması tələbi ilə etiraz aksiyası keçirəcəyi də gözlənilir.