» » » Şəhidin cənazəsi ailəsinə verildi

Şəhidin cənazəsi ailəsinə verildi

Şəhidin cənazəsi ailəsinə verildi

Ötən gün Ermənistan ordusunun dövlət sərhədimizdə təxribatı nəticəsində şəhid olan əsgəri Vüsal Əliyevin meyiti bu gün səhər 08 radələrində ailəsinə təhvil verilib. ucarliyiq.biz-in məlumatına görə, şəhidlə vida mərasimi bu gün günorta saatlarında doğulub boya-başa çatdığı Lerik rayonunun Loda kəndində baş tutacaq. Vida mərasimindən sonra şəhid əsgər Əliyev Vüsal Əmir oğlu elə həmin kənddə torpağa tapşırılacaq.

Əliyevlər ailəsinin iki övladı var. Vüsal  sonbeşik olub. 1996-cı ildə anadan olan Vüsal Əliyev Rabitə Kollecini bitirdikdən sonra, bu ilin yanvar ayında Qazax rayonuna hərbi xidmətə yollanmışdı. Ötən gün isə N saylı hərbi hissədə qarşı tərəfin snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Şəhidin cənazəsi ailəsinə verildi


Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması barədə Müdafiə Nazirliyi ötən gün məlumat yayıb. Nazirlikdən bildiriblər ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Allah rəhmət eləsin!
Şəhidin cənazəsi ailəsinə verildi

Şəhidin cənazəsi ailəsinə verildi

Şəhidin cənazəsi ailəsinə verildi

Şəhidin cənazəsi ailəsinə verildi