» » » Con Kerri Gürcüstanda

Con Kerri Gürcüstanda

Con Kerri Gürcüstanda

ABŞ dövlət katibi Con Kerri Gürcüstana səfər edib. ucarliyiq.biz-in məlumatına görə, artıq onun təyyarəsi Tbilisi beynəlxalq hava limanında eniş edib. 

Kerrini burada Gürcüstanın xarici işlər naziri, onun müavini, ABŞ-ın Gürcüstandakı səfiri və Gürcüstanın ABŞ-dakı səfiri qarşılayıblar.

Gürcüstan mənbələri yazır ki, ölkədə ABŞ nümayəndəsinin səfəri ilə bağlı maksimum təhlükəsizlik tədbirləri görülüb.

İlk növbədə Kerri Gürcüstan-ABŞ strateji Xartiya plenar iclasında iştirak edəcək, daha sonra o, ölkə prezidenti və baş naziri, iqtidar və müxalifət nümayəndələri ilə görüşəcək. Nahara yaxın isə ABŞ dövlət katibinin gürcü həmkarı ilə birgə mətbuat konfransı keçirəcəyi planlaşdırılır.

ABŞ rəsmisinin səfəri zamanı müdafiə, təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşməsi məsələləri müzakirə ediləcək.

Gürcüstan iqtidarının nümayəndələri Kerrinin səfərini oktyabrın 8-də keçiriləcək parlament seçkiləri baxımından xüsusi əhəmiyyətli hesab edirlər. 

Kerri bundan əvvəl bir neçə dəfə Cənubi Qafqaza səfərə gəlib.

Dövlət katibi sonuncu dəfə Gürcüstanda 2015-ci ildə olub. O, səfər çərçivəsində Gürcüstanın rəsmi şəxsləri ilə görüşmüşdü. Kerri Tiflisdə Gürcüstan və ABŞ arasında strateji əməkdaşlıq xartiyasının gerçəkləşdirilməsi məsələləri üzrə plenar sessiyasında iştirak edib.