» » » Obamanın uçdu, yol pulunu Klinton ödədi

Obamanın uçdu, yol pulunu Klinton ödədi

Obamanın uçdu, yol pulunu Klinton ödədi

ABŞ prezidenti Barak Obama prezidentliyə namizəd Hillari Klintonun seçki qabağı təşviqat kampaniyasına dövlət təyyarəsi ilə getdiyi üçün tənqid edilib. ucarliyiq.biz-in məlumatına görə, Obamanın Şarlott şəhərində keçirilən tədbirə "Air Force One" təyyarəsi ilə getməsi qalmaqalın əsasını qoyub. Çünki bu təyyarənin uçuş qiyməti 200 min dollar civarındadır.
Obamanın uçdu, yol pulunu Klinton ödədi


Əsas tənqid isə respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampdan gəlib. "Bu bir siyasi tədbirdir. Bu səyahətin xərclərini vətəndaşlar ödəməməlidir"-deyə Tramp bildirib.

Ağ Evdən qalmaqala səbəb olan səfər barədə açıqlama verilərək bildirilib ki, həmişə olduğu kimi prezidentin səyahət xərcləri əlaqədar seçki kampaniyasının büdcəsi hesabına qarşılanacaq.

"Prezidentin siyasi səyahətlərinə dair mövcud qayda və qanunlara əməl ediləcək"- deyə Ağ evin mətbuat katibi Coş Ernest bildirib.
Obamanın uçdu, yol pulunu Klinton ödədi
Adi halda ABŞ prezidentinin səyahət xərcləri dövlət büdcəsindən qarşılanır. Yəni xərci bütün vətəndaşlarıb vergiləri hesabına ödənir. Lakin bu dəfə Obama bütün ABŞ xalqını təmsil etmək üçün deyil bir siyasi partiyanın namizədinə dəstək vermək üçün səyahət etdiyindən qalmaqal yaşanıb. 

Televiziya kanallarından birinə müsahibə verən Klintonun köməkçisi deyib ki, hər zaman olduğu kimi paylarına düşən xərci qarşılayacaqlar.

Bir sözlə Obamanının bu səyahət xərcini Klintonun ödəyəcəyi məlum olub. Lakin Obamanın təhlükəsziliyini təmin edən cangüdənlərin xərci ABŞ xəzinəsindən ödəniləcək.