» » » Rusiyadan Türkiyəyə ittihamı - "Xəbərdarlıq etmişdik"

Rusiyadan Türkiyəyə ittihamı - "Xəbərdarlıq etmişdik"

Rusiyadan Türkiyəyə ittihamı - "Xəbərdarlıq etmişdik"

Rəsmi Moskva Atatürk Hava limanında törədilən terror aktı ilə bağlı açıqlama verib. ucarliyiq.biz-in məlumatına görə, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb. O, Atatürk Hava limanında 45 nəfərin hayatını itirdiyi terror hadisəsi ilə bağlı həbs edilən rusiyalıların terror hadisəsi ilə əlaqəli olub-olmadığına dair hər hansı dəqiq məlumatın olmadığı cavabını verib.
Rusiyadan Türkiyəyə ittihamı - "Xəbərdarlıq etmişdik"


Daha sonra isə D. Peskov Türkiyə və Avropa kəşfiyyat xidmətlərini də tənqid edib və bildirib ki, bu terror hadisəsində həmin kəşfiyyatların "Rusiyanın onların torpaqlarında terrorçuların gizləndiyi barədə xəbərdarlıqlarını diqqətə almamalarının" öz payı ola bilər.

“Rusiya tərəfi uzun illərdir müxtəlif kanallar vasitəsi ilə Türkiyə və Avropa ölkələrinə terrorçularla əlaqəli olduğundan şüphələndikləri şəxslərin bu ölkələrdə gizləndiyi barədə məlumat ötürür. Lakin Rusiya tərəfinin bu siqnalları çox vaxt lazımı diqqəti görmədi. Mən düşünürəm və çox təəssüf  edirəm ki, İstanbuldaki terror hadisələri bu diqqətsizliyin nəticəsi ola bilər”.
Rusiyadan Türkiyəyə ittihamı - "Xəbərdarlıq etmişdik"
İyunun 28-də Atatürk aeroportuna 3 kamikadze hücum edib. Onlar əvvəlcə əllərindəki "Kalaşnikov" silahları ilə insanları atəşə tutublar. Daha sonra isə özlərini partladıblar. 

Terror aktı nəticəsində 45 nəfər ölüb, 200-dən çox adam yaralanıb. 

Terror aktına görə 30 nəfər həbs edilib. Həbs edilənlərin 11-i əcnəbidir. Onların hamısı "silahlı terror təşkilatına üzv olmaq"da ittiham ediliblər. Onların böyük qismi Rusiya vətəndaşlarıdır. 
Rusiyadan Türkiyəyə ittihamı - "Xəbərdarlıq etmişdik"


Tutulan şəxslər onlara qarşı irəli sürülən ittihamları qəbul etməyiblər. Bəziləri terrorçuların qaldığı evdə kirayə yaşamalarını təsadüfən səhv zamanda, səhv yerdə olmaları ilə əlaqələndiriblər. 

"Canlı bomba" Raqim Bulqarovu tanımaqda ittiham edilənlər onunla heç zaman görüşmədiklərini deyiblər. 

Terror aktı ilə bağlı saxlanılanlar arasında bir azərbaycanlı da var. İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən terror aktının təşkilatçılarından olduğu iddia edilən Azərbaycan vətəndaşı Elçin Bünyadov Bakırköy rayonu 3-cü Sülh Cəza Məhkəməsinin hökmü ilə həbs edilib.
Rusiyadan Türkiyəyə ittihamı - "Xəbərdarlıq etmişdik"