» » » Hilları Klinton məsuliyyətsizdir

Hilları Klinton məsuliyyətsizdir

Hilları Klinton məsuliyyətsizdir

ABŞ Federal Təhqiqat Bürosu Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klintonu məsuliyyətsizlikdə günahlandırıb. Onun ABŞ xarici işlər naziri olduğu zaman şəxsi "e-mail" poçtundan dövlətə aid gizli məlumatları özündən əks etdirən yazışmalar etdiyi bildirilib.
Hilları Klinton məsuliyyətsizdir


ucarliyiq.biz-in məlumatına FBI rəhbəri Cems Komey İstintaq materiallarının ABŞ Ədliyə Nazirliyinə göndərildirildiyini açıqlayıb.

Cems Komey Klintonu məsuliyyətsizlikdə ittiham etsə də onun hakim qarşısına çıxarılacaq ciddilikdə olmadığını qeyd edib.

Komey, xanım namizədin ABŞ qanunlarını pozduğunu lakin bunu qəsdən etmədiyni düşündüyünü bildirib.
Hilları Klinton məsuliyyətsizdir
Hillari Klinton isə daha əvvəl verdiyi açıqlamada heç bir səhv addım atmadığını, şəxsi "e-mail" hesabından gizli heç bir sənəd göndərmədini vurğulayıb.

FBI-ın məlumatlarında isə Klintonun şəxsi hesabından göndərdiyi yazışmaların içində 100-dən çox gizli sənədin olduğunu önə çəkib.
Hilları Klinton məsuliyyətsizdir


Ötən həftə FBI Hillari Klintonu "e-mail" yazışmları ilə əlaqədar 3 saatdan çox sorğu sual edib.

Klintonun ən güclü rəqibi Donald Trampın məsələ ilə bağlı açıqlama verması gecikməyib.

"FBI rəhbəri Klintonun beynəlxalq təhükəsizliyimizi təhlükəyə atdığnı bildirib. Amma hər hansı bir ittiham yoxdur. Sistem yanlış. Bu haqsızlıqdır! Çox pis hökm verilib"-deyə Donald Tramp şəxsi Tvitter hesabında bildirib.
Hilları Klinton məsuliyyətsizdir
Şimali Karolinada demokratların və respublikaçıların mövqeləri təxminən bərabərdir və mövqeyini hələ müəyyənləşdirməyən seçicilərin səsi uğrunda gərgin mübarizə gedir. Sorğulara görə, bu cür 11 regionun 8-də seçicilər arasında populyarlığa görə Klinton rəqibi Trampı qabaqlayıb.

Sabiq dövlət katibi ümummilli miqyasda da liderlik edir. Son sosioloji tədqiqatlara görə, hazırda demokratların namizədini dəstəkləməyə hazır olan seçicilərin sayı onun respublikaçı rəqibini dəstəkləyənlərə nisbətən 10 faiz çoxdur. Prezident seçkiləri noyabrın 8-də keçiriləcək.