» » » Ankara Dağlıq Qarabağ münaqişəsində sülhə üstünlük verir

Ankara Dağlıq Qarabağ münaqişəsində sülhə üstünlük verir

Ankara Dağlıq Qarabağ münaqişəsində sülhə üstünlük verir

Ankara Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanacağına ümid edir. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun jurnalistlərə açıqlamasında deyib. 

"Biz münaqişənin həllinə xidmət edən danışıqları alqışlayırıq. Türkiyə sonadək Azərbaycanın maraqlarına cavab verəcək həll variantını dəstəkləyəcək", - deyə səfir qeyd edib.
Ankara Dağlıq Qarabağ münaqişəsində sülhə üstünlük verir


Türkiyədə tez-tez baş verən terror hadisələrinə toxunan Coşqun terror hücumların tək Türkiyəyə deyil, bütün dünyaya qarşı olduğunu vurğulayıb. O, terrorizmlə mübarizədə Azərbaycanla əməkdaşlıq etdiyini söyləyib. 

Səfir eyni zamanda terrorçuluqda daxil olmaqla, Azərbaycanla digər sahələrdəki əməkdaşlıqdan da danışıb. Türkiyə nümayəndəsi bildrib ki, hər iki ölkə rəhbərlərinin iradəsi ilə Türkiyə və Azərbaycan hər sahədə ortaq fəaliyyət göstərirlər. "Buraya həm kəşfiyyat mübadiləsi, müdafiə qurumlarımızın ortaq fəaliyyəti daxildir. Tək terrorla mübarizə deyil, regional təhlükəsizlik məsələsində  Azərbaycanla sıx əməkdaşlığımız mövcuddur", deyə səfir əlavə edib. 
Ankara Dağlıq Qarabağ münaqişəsində sülhə üstünlük verir