» » » Obama Əfqanıstandakı əsgərlərini artırdı

Obama Əfqanıstandakı əsgərlərini artırdı

Obama Əfqanıstandakı əsgərlərini artırdı

Amerika Birləşmiş Ştatları hökuməti Əfqanıstanda qalacaq qoşunların sayını artırıb. ucarliyiq.biz-in "Cnbc"yə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama bu barədə açıqlama verib. Obama bildirib ki, qoşunların Əfqanıstanda qalması terrorizmə qarşı mübarizədə əfqan hökumətinə dəstək məqsədi daşıyır.
“Mövqeyimizdə olan dəyişikliyin nə olduğunu bəyan edirəm. Əfqanıstanda ilin axırına qədər qoşunların sayını 5500-ə salmaq əvəzinə, bu ölkədə 8400 əsgər saxlayacağıq. Əsgərlərimizə tapşırılan vəzifə dəyişməz olaraq qalacaq. Onlar əfqan qüvvələrinə dəstək olacaq, terrorçuları təqib edəcəklər. Lakin təhlükəsizlik qüvvələrini bu səviyyədə saxlamaq bizə əfqan qüvvələrinin inkişafına dəstək olmaqda kömək edəcək”
Obama 2016-cı ilin sonuna qədər qoşunların sayını azaltmağı planlaşdırsa da, Taliban silahlıları tərəfindən törədilən zorakılıqların artması Ağ Evi bu barədə yenidən düşünməyə vadar edib.

2012-ci ildə NATO hərbi qüvvələri Əfqanıstandan çıxmaq barədə strategiya planı qəbul etmişdilər. Plana əsasən, hərbi qüvvələrin tədricən ölkəni tərk etməsi və bu müddət ərzində əfqan hərbi qüvvələrinin ölkədə təhlükəsizlik xidmətini tam ələ alması nəzərdə tutulurdu.