» » » Almaniyanın məşhur nəşri azərbaycanlı qaçqınlardan yazdı

Almaniyanın məşhur nəşri azərbaycanlı qaçqınlardan yazdı

Almaniyanın məşhur nəşri azərbaycanlı qaçqınlardan yazdı

Nüfuzlu alman nəşri "Deutsche Welle" erməni təcavüzü nəticəsində qaçqın düşmüş azərbaycanlıların həyatından reportaj hazırlayıb. ucarliyiq.biz-in məlumatına görə, məqalənin əsas hissəsi münaqişə əraziləri və orada yaşayan insanlara həsr olunub.

Məqalədə deyilir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağ və ölkəmizin daha 7 rayonu işğal olunub. Nəşr BMT-nin bu məsələ ilə bağlı dörd qətnamə qəbul etdiyini, lakin onların indiyənədək yerinə yetirilmədiyini də vurğulayır. 

Bundan başqa, məqalədə müharibə zamanı evlərini tərk etmiş insanların xatirələrindən danışılır. Məqalənin çox hissəsi Azərbaycanın işğal altında olan Tərtər rayonuna həsr olunub. 
"Tərtər paytaxt Bakıdan 400 kilometr aralıda yerləşir. Buranın sakinləri hələ "4 günlük müharibə"dən sonra özlərinə gələ bilməyiblər (2016-cı ilin aprel hadisələri - anspress.com). 4,400 kvadrat kilometr ərazisi Ermənistanın işğal altında olan Dağlıq Qarabağ uğrunda aprelin 2-də ermənilər tərəfindən başlanılan müharibədə hər iki tərəfdən xeyli itki olub", - deyə nəşr qeyd edib.
Almaniyanın məşhur nəşri azərbaycanlı qaçqınlardan yazdı


Məqaləni yazan jurnalist Ermənistanın Azərbaycana və xalqına qarşı etdiyi hücumları sakinlərin dilindən belə verib:

"60 yaşlı Olqa Kruqlova 17 yaşı olarkən Tərtərə gəlib. Aprel hadisələri zamanı o, evdə olmayıb. Lakin onun qızı evdə olub. "Allah bizi qorudu. Bu çox çətin anlar idi. Hücumdan sonra mən gecələr yata bilmirdim, qışqırırdım".
Almaniyanın məşhur nəşri azərbaycanlı qaçqınlardan yazdı


"Gülarə Əliyeva Füzulidəndir. İndi onun 80 yaşı var və o, Yeni Yasamalda yaşayır. O və oğlu 1990-cı ildə baş verən müharibədə iştirak ediblər. Mən çiyinlərimdə çoxlu meyit daşımışam. Müdafiə Nazirliyi məni müharibədə iştirak etdiyim üçün mükafatlandırıb. İndi də cəbhə xəttində vəziyyət gərgindir. Əgər lazım olarsa, bu gün də mən döyüşə getməyə hazıram".

Məqalədə hazırda qaçqınların yaşadıqları yataqxanalar da təsvir olunur: "Balaca otaqlar. Otaqda 3 stul, bir çarpayı. Dar dəhliz. Bütün sakinlərin istifadə edəcəkləri bir mətbəxt və bir hamam".
Almaniyanın məşhur nəşri azərbaycanlı qaçqınlardan yazdı

Almaniyanın məşhur nəşri azərbaycanlı qaçqınlardan yazdı

Sonda Azərbaycan mövqeyindən danışaraq, alman nəşri yazır ki, ölkənin mövqeyi bu münaqişədə də odur ki, ilkin mərhələdə ermənistan qüvvələri beynəlxalq səviyyədə Azərbaycanın ərazisi sayılan Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş əraziləri dərhal tərk etməlidir.