» » » Erməni baş nazir yenidən Moskvaya gedir

Erməni baş nazir yenidən Moskvaya gedir

Erməni baş nazir yenidən Moskvaya gedir

Ermənistanın baş naziri Ovik Abramyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfərə gedəcək. ucarliyiq.biz-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Məlumata görə, nümayəndə heyəti iyulun 8-də Sankt-Peterburqda Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak edəcək.

Erməni baş nazir yenidən Moskvaya gedir


O. Abramyan bundan əvvəl aprel ayında Moskvaya səfərə gedib. O, səfər çərçivəsində Avrasiya İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edib.

İclas aprelin 12-13 tarixlərində baş tutub. Həmin vaxt erməni baş nazir Rusiyanın baş naziri Dmitri Medvedevlə də görüşüb.
Erməni baş nazir yenidən Moskvaya gedir
Onların arasında daha bir görüş aprelin 7-də İrəvanda keçirilib. Rusiya baş nazirinin səfəri Azərbaycan-Ermənistan təmas xəttində gərginliyin artdığı zamana təsadüf edirdi.  Həmin vaxt Medvedev  Avrasiya İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcəkdi.

Amma cəbhə xəttində vəziyyətin gərginləşməsi nəticəsində iclas təxirə salındı. Cəbhə xəttində gərginliyin yaşanması səbəbindən Abramyan və Medvedevin görüşü zamanı əsas müzakirə mövzuları Dağlıq Qarabağ münaqişəsi və silah satışı barədə müqavilələri olub.  

Həmin vaxt Ovik Abramyan rusiyalı həmkarından müqavilələr əsasında satılan silahların Ermənistana tez çatdırılmasını xahiş edib.
Erməni baş nazir yenidən Moskvaya gedir


"Ermənistanın silah alması üçün bizə verdiyi kreditlərə görə Rusiyaya minnətdarıq. Amma silahların çatdırılmasında bəzi ləngimələr var. Sizdən xahiş edirik ki, silahların tez çatdırılması ilə bağlı müvafiq qurumlara təlimat verəsiniz”, - deyə Abramyan Medvedevə bildirib.

Medvedev isə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunub. O bildirib ki, Rusiya münaqişənin həllində tərəflərə dəstək göstərməyə hazırdır.

Ermənistan rəhbərliyi həmçinin Rusiyanın Azərbaycana silah satmasına etiraz edir.