» » » İngiltərə parlamentində şübhəli paket aşkar edilib

İngiltərə parlamentində şübhəli paket aşkar edilib

İngiltərə parlamentində şübhəli paket aşkar edilib

İngiltərə parlamentində şübhəli paket aşkar edilib. ucarliyiq.biz-in “İndependent” saytına istinadla verdiyi məlumata görə, parlamentdə yüksək təhlükəsizlik tədbirləri görülüb.

Parlamentin yerləşdiyi Vestminster Sarayına naməlum şəxs bir paket gətirib. Polis paketi aşkar etdikdən sonra binanın qapı və pəncərələrini bağlayıb.
İngiltərə parlamentində şübhəli paket aşkar edilib


Çünki hüquq-mühafizə orqanları paketdə kimyəvi maddənin olacağını ehtimal edirlər. Ümumilikdə, Avropa dövlətləri demək olar ki, hər gün terrorla təhdid edilir. 

Bir neçə gün əvvəl Serbiyada kafelərdən birinə silahlı hücum təşkil edilib. Hadisə zamanı 5 nəfər ölüb, 20 nəfər yaralanıb. İnsident paytaxt Belqraddan 50 kilometr aralıda yerləşən Zrenyanin şəhərində qeydə alınıb.

Əli silahlı şəxs burada yerləşən kafelərdən birinə daxil olaraq, əvvəlcə arvadına, sonra kafedə olan digər şəxslərə atəş açıb.
İngiltərə parlamentində şübhəli paket aşkar edilib
Şahidlərin yerli kütləvi informasiya vasitələrinə verdikləri məlumata görə, hücum edən şəxs əvvəlcə kafeyə gəlib və burada həyat yoldaşını dostları ilə görüb kafedən çıxıb. Daha sonra isə yenidən kafeyə əlində silahla girib və hadisəni törədib.